Xəyal, hədəf, cəsarət...

Orxan Yaquboğlu

13-05-2019, 15:29 Oxunub: 1123
Uğurlu olmaq üçün insan daim görəcəyi işlərin xəyalını qurmalıdır. Bütün mənfi düşüncələri, "bəs olmasa", "necə olar" kimi fikirləri beynimizdən atmalıyıq. Mənfi fikirlərin bizə faydası olmayacaq. İnsan nə düşünürsə, o da olur.

Hədəflədiyimiz həyatı, işi, hər nədirsə onu, hər an xəyal etməliyik. Hər an hədəfinimizdəki aləmdə yaşayırmışıq kimi təxəyyül etməliyik. Boşuna deyilməyib, bütün uğurlar bir zamanlar sadəcə bir xəyaldan ibarət idi. İdeallarınızdan, fikirlərinizdən, etdiyiniz planlardan qorxmayın. Evdə, dost çevrəsində, dərsdə, işdə və s. də özünüzü daima planlarınızı düşnərək hədəfinizlə bərabər hiss edin.

Sizə aşılması çətin gələn işləri xəyalınızda dəfələrcə edərkən düşünün, canlandırın. Hər birimiz işlərimizdə azacıq maneələr gördüyümüz zaman o işi yarımçıq buraxmaq, təslim olmaq istəyirik. Buna nümunə olaraq hər zaman yadıma məşhur yapon rejissor Akira Kurosavanın müsahiblərindən birində jurnalistin ona "gənclərə nə tövsiyə edərsiniz?" sualına cavab verərkən söylədiyi cümləni xatırlayıram. Kurosava belə deyirdi: "Dağa dırmandıqda aşağı baxın, yuxarı baxsanız bu sizin həvəsdən düşmənizə səbəb olar".

Təslim olmaq nə qədər ağır səslənsə də, ölümdən betərdir. Çünki təslim olmaq insanı şəxsiyyət olaraq var etməz. Təslim olduğumuz zaman biz deyə biri yaşamır. Geriyə qalan ömrü tənbəlliklərin, acizliklərin əsiri olan məxluq sürdürür.

Uğursuzluqların digər səbələri də, izlədiyimiz gərəksiz filmlər və oxuduğumuz neqativ düşüncələrlə dolu kitablardır.
Bacardığımız qədər bizi mənəvi uçuruma aparacaq kitablardan, musiqilərdən, film və s.-dən uzaq durmalıyıq. Biz daimi olaraq beyimizi neqativ məhsullarla qidalandırsaq, o zaman beynimiz tamamilə bu kimi cəsarət qırıcı düşüncələrin əsirinə çevrilmiş olur. Əgər böyük uğurlar əldə etmək istəyiriksə, daimi olaraq oxuyub öyrənməliyik və bu öyrənmək hədəfli şəkildə olmalıdır.

Əvvəla, böyük düşünməliyik. Düşüncələrimiz hərəkətlərimizi istiqamətləndirir. Düşüncələrimizi müəyyən edən hərəkətlər isə bir qədər sonra vərdiş halını alır və xarakterimizə təsir edir ki, bu da gələcəyimizə təsir edən ən önəmli amildir. Yəni bütün vərdişlər bizi yetişdirir bunun üçün də hədəfə gedən yolda vərdişlərimizi düzəltməliyik.

Əgər biz bir işi görə bilmiriksə, birinci növbədə diaqnozu qoymalıyıq. Sonra isə problemi həll edib yola davam etməliyik. Məsələn, biz tənbəliksə bunu böyük işlərdən əvvəl kiçik işlərlə məşğul olaraq açmalıyıq. Bu, evdə hər hansı sadə bir iş görmək də ola bilər.

Təlatüm önəmlidir.

Bəzi insanlar "hədəfim var ona çatmağı arzulayıram" deyib işin bitdiyini zənn edirlər. Ancaq bu belə deyil. Hər an hədəfimizə doğru irəliləməyin yollarından biri də coşğulu, müsbət fikirlərlə özümüzü, ruhumuzu qidalandırmaqdır. Bu, həm də bizim özümüzə güvənimizi artıracaq və bizi kiçik əngəllərdə inamsızlığa qapılmaqdan xilas edəcək.

Ən çarəsiz anımızda belə işlətdiyimiz sözlər bizi bir anda güc toplamağa sövq edir və hətta bizim duruşumuza, üz cizgilrimizə belə təsir edir.

Özünüzə daim güvənin və özünüzə xoşbəxt olduğunuzu, hər şeyin qaydasında olduğunu deyin. Bu ruh halının əhatəsində olmağa çalışın. Unutmayın, düşüncəniz həyat tərzinizi formalaşdıracaq. Siz xoşbəxt deyiləm, kefsizəm, heç nə maraqlı deyil desəniz, bu ruh halı hər vaxt sizi buraxmayacaq.

Hədəflərimiz çox önəmlidir.

Hədəf insan həyatında olmasa, həyatın mənası da olmur. Belə ki, hədəfsiz olduğumuz zaman biz günümüzü keçirmiş oluruq, adi biri oluruq. Hədəfsiz insan, məncə, robota bənzəyir, ona biçilmiş bir həyat var, onu yaşayır və ölür.
Bəzi insanlar var ki, hədəflərini seçərkən yanılırlar. Buna nümunə olaraq Azərbaycanda bir çox abituriyent gənci göstərmək olar. Onlar bütün həyat qayələrini universitetə qəbul olmağa kökləyirlər və bu da bir çoxlarına xəyal qırıqlığı olaraq geri qayıdır.
Bir az əvvəldə dediyim kimi hədəf həyatımızın hər şeyidir. Bunun üçün bütün insanların oxuduğu kitabları, izlədiyi filmləri, aldığı bütün təhsilləri və s. ali hədəflərinə xidmət etməlidir.

Son olaraq demək istəyirəm ki, qorxaq olmağa dəyməz. Qorxu heç vaxt çarə deyil, ən yaxşı halda vaxt udmaq ola bilər. Qorxaqlıq insanı qəddarlığa, yaltaqlığa sürükləyər. Cəsarət isə bizi uğura aparan ən vacib amildir. Cəsarətli insan həm də ədalətli insandır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar