Təsəvvür etməyi bacarmalıyıq

Fərid Sançar

3-03-2019, 10:57 Oxunub: 330

Bir insan, əsasən də, gənc yaradıcı deyilsə, ümumiyyətlə, onun gəlcəyimiz üçün nəsə yaratmaq kimi istəyi yoxdursa, bu, bizim ölkəmiz üçün ağır problemdir. Çünki söhbət gənclərdən gedir.

Problem nədən qaynaqlanır?

Bu problem uşaqlıqda yaranır. Ailədən, məktəbdən gələn problemdir. Məncə, məktəbə hələ təzə başlayan şagirdə illərlə keçilən və artıq özünü doğrulda bilməmiş metodla dərs keçilir. Yəni onlara yalnız kitabda olan yazını əzbərləmək tapşırılır. Əzbərçi bir şəxs isə heç vaxt yaradıcı ola bilməz. O düşünür ki, hər şeyi ancaq kitabdan əzbərləməklə öyrənmək olur. O, qarşısına məqsəd qoya bilmir. Çünki təsvir edə bilmir. Gələcəyinin necə olacağını təsvir edə bilmir. Gözündə özü və ətrafı üçün, cəmiyyət üçün gözəl ola biləcək heç nə təsəvvür edə bilmir.

Təsvir etməyi bacarmayan bir şəxs hansı məqsədə nail olmaq istəyə bilər? Məqsədi olmadığı halda nə yarada bilər? 5-ci sinifdə oxuyan bir şagirdə "oxusan yaxşı işdə işləyəcəksən" kimi məsləhətlər yox, belə şeyləri anlatmaq lazımdır.

Əslində, gələcək bizim təsəvvürümüzdən asılıdır. Biz gələcəyi necə görmək istəyirik? Biz necə yaşamalıyıq? Gələcəkdə bizim ölkəmiz necə olmalıdır? Və s. bu kimi məsələlər. Gözəl gələcək üçün çalışmalıyıq, yaratmalıyıq. Bunun üçün də təsəvvür eləməyi bacarmaq lazımdır. Görmək istədiyimizi təsəvvür etmək, gözümüzdə canlandırmaq. Belə olduğu halda hər bir insan artıq uşaqlıqdan şəxsiyyət kimi formalaşacaq, sonunu bilməyən, hədəfsiz, avara bir gənclik yox.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar