Dövlət bizik

Fərid Abdullayev

9-01-2017, 18:00 Oxunub: 661
Azərbaycanda hər gün nədənsə şikayətlənən insanlar görürəm. Biri işşizlikdən şikayətlənir, digəri maaşlardan, kreditlərdən, vergilərdən, əsgər ölümlərindən, təhsildən, səhiyyədən, hüquqdan...

Bəli, bunlar böyük problemlərdir. Bəs biz bu qədər problemlərin aradan qalxması üçün nə edirik? Ümumiyyətlə bunun kökünün nə olduğunu bilirikmi və ya düşünürükmü? "Dövlət vətəndaşları əzir", "dövlət imkan vermir yaşayaq", "camaat acından ölür", " belə gəlmişik belə də gedəcəyik" və bu kimi daha neçə tənqidlər səsləndiririk.

Yaşlı nəsildən bizə qalan mənasız deyimlər... Buna səbəb bizim dövlətin nə demək olduğunu anlamamağımızdır. Dövlət bizik. Bir ölkəni intibaha aparan o ölkədəki fərdlərin inkişafıdır. İnsanın özünü dəyişmədən dövlətin dəyişməsini gözləməyi məntiqsizlikdən başqa bir şey deyil. Təbii ki, proletar zehniyyətində olan bir Azərbaycan vətəndaşı bunu anlaya bilməz. Məhz buna görə ikisindən birini seçməliyik: Ya belə yaşamağa davam edəcəyik; ya da birlik olub, hədəflərimizin doğrultusunda mübarizə aparacağıq.

Bunun təməlində iradə dayanır. Sən o iradənlə bir gücə çevrilirsən, üstün biri olursan. Əgər nəyinsə uğrunda mübarizə aparmaq istəyiriksə bunlara sahib olmaq lazımdır. O zaman ətrafdakılar səni ciddiyə almağa başlayacaq, getdiyin yolun bir parçası olmaq istəyəcəklər. Qarşındakı səni özündən üstün görməlidir ki, sənə itaət eləsin. Öz biliklərimizi, potensiallarımızı mübarizəmizdə bir vasitəyə çevirməliyik. Dövlətin yüksəlişini istəyiriksə ilk öncə bizlər fərd olaraq yüksəliş yaşamalıyıq. Çünki dövlət bizik.

Müəllifin yazıları

Şərhlər : 1 Şərh yaz
Ferid 9 yanvar 2017 19:59  

Olkenin xilasi ustun ferdlerin elindedir genclerimizin ekindedir

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar