Niyə etatizmi seçdim?

Yusif İbrahimov

7-01-2017, 20:14 Oxunub: 316
Uşaqlığımda xəyalım insanların haqları üçün çalışan biri olumaq idi.

Çox vaxt ölkəm üçün xəyallar qururdum və demək olar ki, bu xəyallarla böyüdüm, amma heç vaxt nədən başlamalı oldğumu bilmirdim. MFM–lə tanış olana qədər...

MFM-ə ilk gəlişimdə dəyərli müzakirələrdən birində iştirak etdim. Müzakirə bitdikdən sonra Şəhriyar bəy və üzvlərlə maraqlı söhbətlər etdik, onları dinlədikcə xəyallarımın gerçəyə çevrilirdiyini hiss edirdim, heyrət içində idim. Mən qarşımda Azərbaycan gəncliyini, dövlətini var etməyə çalışan insanlar görürdüm. Bəli, indiki dövr üçün bu heyrətləndirici haldır. Həmişə düşünürdüm ki, mən həyatda nələrsə etməliyəm. Ölkəm, xalqım, millətim, dövlətim üçün. Özümdə bu hissi artıq bir borc, yəni vətənə borc kimi qəbullanmışdım. Bəzən ümidim bitirdi. "Mən bacaramayacağam mı?!" sualı daim beynimdə idi. MFM-ə gəldim və özümdən, ümidsiz vaxtlarımdan utanırdım, çox aciz görünürdüm. Durmadan öz daxilimdə fikirləşirdim insanlar nələr ilə mübarizə aparirlar və çətinliklərə baxmayaraq ayaqdadırlar. Hər gün çalışıb əllərində olan bütün vasitələrlə xalqı marifləndirməyə və gəncləri birlik olmağa çağırırdılar. Dayanmadan, bezmədən.

Hər gün daha yeni fikirlərlə gənclərin qarşısında çıxış edirdilər, amma mən heç nə etmirəm, xəyallardan başqa hecnə onlara dəstək lazımdır. İradənin qalib olacağına inanan daha çox gənc, intellektli və bacarıqlı insanlar lazımdır. MFM ailəsindəki mehribanlıq, mədəni insanlar... Əminəm ki, çox insan mənimlə razilaşar. Bu cür mühit ölkədə xəyal oluna biləcək bir yerdir. Bununla da yorulmadan, sıxılmadan açıq şəkildə bizə deyirlər ki, heç kimdən tərəf olma, özündən tərəf ol. Biz bir olanda Azərbaycan oluruq. Etatistlər bir çox təşkilatlar kimi gəncləri maddi dəyər qarşılığı çalışdırıb onların üstündən pul qazanmır.

Deyir: "Dövlət sənindir. Dövlətin üçün çalış. Bizimlə dost ol".

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar