MFM-lə tanışlıq

Səidə Seyidova

3-01-2017, 10:00 Oxunub: 692
Milli Fikir Mərkəzi ilə tanışlığım 2016-cı ilin yanvar ayında olub. "Dünya filosofları və etatizm" mövzusunda müzakirəyə getmişdim. O müzakirə, sözsüz ki, qüsursuz keçdi. Üstündən 1 həftə keçməmiş yenidən getdim və Cavid müəllimlə söhbətimiz oldu. Dostlar, onu qeyd edim ki, mən anarxistlərin, kommunistlərin, sosialistlərin və s. olduğu çevrəni çox görmüşəm və kifayət qədər də məlumatım var. Amma bu gün onlardan deyil, məhz etatizmdən danışacağam sizə.

Etatizm nədir?

Etatizm dövlətin mütləqiyyətinə inanan idealogiyadır. Amma bu o demək deyil ki, saxta hakimiyyətin kürəyini sığallayırsan. Bu o deməkdir ki, sən hüquq və vəzifələrindən xəbərdarsan, sən qanunlarını bilirsən, sən səni ölkədən soyutmağa, diksindirməyə çalışan zehniyyətə qarşısan və onunla mübarizə aparırsan. Təhsil, nizam-intizam, haqq, ədalət TƏLƏB EDİRSƏN! Hər kəs milli fikir ətrafında toplaşıb daxili zənginliyini xəzinəyə çevirə biləcək qədər informasiya mübadiləsi edə bilər burda. Heç bir təşkilatda olmayan dürüstlük, dostluq, səmimiyyət və ən əsası, birlik məhz MFM adı altında birləşib.

Partiyalar var ki, ətrafına maddi imkanlarıyla gənc cəlb edər, insanların pulunu yağmalayar, şəxsi maraqları uğrunda bu xalqın gənc nəslini yanına çəkib ondan istifadə edər. Lakin MFM-də hamı könüllü işləyir. Burda kimsə könüllü işlədiyi üçün minnət qoymur. Çünki hamı bilir ki, uğrunda mübarizə apardığı məhz güclü Azərbaycandır. Hər bir üzv və dost kateqoriyasının bir-birinə hörmət etdiyi bir mərkəz düşünün.

MFM Azərbaycanın 60 %-ni, yəni gəncliyi bir yerə yığmağa çalışan, ona heç bir mənfəət güdmədən bilik, intellekt qazandıran, kommunistindən, anarxistindən asılı olmadan qapısı hamıya açıq olan, müzakirəyə daim açıq olan, tənqidləri yetkinliklə dinləyib fikir mübadiləsini ustalıqla aparan bir mərkəzdir. Burda insanların üzündə saxta gülüş yoxdur. MFM insana dost istiqanlılığı ilə yaxınlaşır, hamını dinləməyə qulaqları da, qəlbləri də açıqdır. Biz orda özümüzü darıxmış hiss etmirik. 3 ildir ki, universitetdə oxuyuram, amma bu mərkəzdən qazandığım biliyi, iradəni, əzmi və mübarizəni mənə mənim "təhsil ocağım" verməyib. 2016-cı ildə tərcümə etdiyi "Bəyaz zanbaqlar ölkəsində" kitabında heç bir təbii sərvətə sahib olmayan, hətta "Suomi - Bataqlıqlar ölkəsi" adlandırılan Finlandiyanın necə "Bəyaz zanbaqlar ölkəsinə" çevrildiyindən bəhs edir. Bu gün Azərbaycanda Snelman(-lar) axtarırıqsa, məhz MFM-dəki hər kəsdir. Hər daim ofisə getdiyinizdə onları iş başında gecə-gündüz çalışan görəcəksiniz. Çünki biz sadəcə danışmırıq, fəaliyyət göstəririk.

Və son olaraq sən bu gün özünə hədəf seçməlisən. Qarşına məqsəd qoyub çalışmalısan. Sənə verilən "niyə?" sualına o zaman cavab verə biləcəksən ki, artıq sən nə istədiyini biləcəksən. Unutma ki, biz birlikdə olanda AZƏRBAYCAN oluruq!

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar