Niyə MFM-i seçdim...

Təhminə Seyidova

2-01-2017, 19:20 Oxunub: 891
MFM-ə ilk gəlişim 2016-cı il yazın axırı, yayın əvvəlləri idi, tam xatırlamıram. İlk getdiyim gün bütün təşkilatlarda olduğu kimi hər kəs məni səmimi, gülərüzlə qarşıladı. Birinci fikirləşirdim ki, yəqin bu səmimiyyət də çox yerdə olduğu kimi zamanla keçib gedəcək. Çünki adətən qonaq olduğunuz təşkilatlarda ilk təəssüratlar istər-istəməz belə olur: Səmimi qarşılanma və zamanla adi insan...

MFM-də tam əksi oldu. İlk başlarda böyük otaqları olan bir yer kimi təsəvvür etdiyim həmin balaca, 3-4 nəfəslik yerə sığan böyük ürəklər məni səmimi qarşılayıb, söhbətlərdə zamanla hər şeyi bacara biləcəyimi deyərək motivasiya verib həyata daha çox inam və iradə ilə baxmağı öyrətdilər. Nə yalan deyim, indiyə kimi görmədiyim səmimiyyəti MFM komandasından gördüm. İnanıram ki, həyatda və ya cəmiyyətdə heç kim bizi (gəncliyi) qarşısında otuzdurub istəklərimiz, tələblərimiz və çatmaq istədiyimiz məqsədlərimizlə maraqlanmayıb. Soruşan olsa belə, sonda "əşi, sən bacarmazsan" deyərək bacaracağına əmin olduğun işin üstündən "olmaz" xəttini çəkiblər. Mən burda (MFM-də) tək motivasiya, dayaq görmədim, hətta özüm yaradaraq böyük uğurlara imza atacağıma min qat əmin olurdum hər dəfəsində... Hər dəfəsində!..

Milli Fikir Mərkəzini niyə seçdim?

Bu sualı cavablandırmamışdan əvvəl başda Şəhriyar bəy olmaqla bütün üzvlərə və MFM-in dostlarına "çox sağolun" demək istəyirəm.

Cəmiyyətə baxsaq qarşımıza çıxan insanlar verdiyi sözü sadəcə deməklə, səsləndirməklə kifayətləniblər. Hansı ki, bunun əksinə MFM-in indiyə kimi səsləndirdiyi cümləni yazmaq istəyirəm: "Etdiklərimiz edəcəklərimizin sübutudur". Araşdırsaq görərik ki, etatistlər indiyə kimi bir çox işlərin öhdəsindən layiqincə gəlməyi bacarıblar. Etatizm indiki dövrdə heç, böyük bir yox sayılan GƏNCLİK üçün əlindən gələni edir. MFM-i niyə seçməyim?! Möhtəşəm iki kitab çap etdirib. Əsas məsələ gənclik üçün media, sayt yaradıb. Yox sayılan fikirlərinizi var etmək üçün sizi yazmaq hüququ ilə təmin edib. Məni yox edən kütləyə qoşulmaqdansa, iradə ilə var olacağımıza inandıran MFM-ə qoşulmaq həqiqətən güclü hissetdirir... Sağ olun ki, varsınız!..

Dostlar, yanımızda sizə də yer var... Unutmayın, biz bir olanda Azərbaycan oluruq!

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar