İslam dininin “müasir” şərtləri

Təhminə Təbrizi

7-08-2016, 00:07 Oxunub: 2228
Bu günə qədər yazdığım yazıların bəziləri ya dövlət, ya da vətən haqqında olub. Bu gün isə həm mənim üçün maraqlı olan, həm də sizinlə bölüşmək istədiyim bəzi məqamlar var.

İslam şəriətinin bəzi cəhətlərindən başlamaq istəyirəm. Bu haqda danışmaq istəyəndə bir dostum həmişə məni danlayır, “Quranı yaxşı oxu, sonra danış” deyir. Məncə bəzi məsələlər haqqında Qurani Kərimi tam oxumadan da fikir yürütmək olar, ən azından kiçik bir fikir...

Çox yaxşı xatırlayıram. Bir dəfə universitetdə belə bir cümlə işlətmişdim: “Əsas olan var olduğumuz dünyadır, cənnət və ya cəhənnəm boş şeylərdir”. Bu sözə görə dostlarım tərəfindən ateist belə deyildi mənə. Ateist olduğumu zənn etmirəm, sadəcə belə bir fikir həmişə beynimdə dolaşıb: “Görəsən, Tanrı bizi həqiqətən görür və eşidirmi?”

Qayıdaq öz məsələmizə. Doğrudur, Quranı tam oxumamışam, amma o kitabda mənə zidd olan bir çox məqamlar var, çoxu da qadınlarla əlaqəlidir. Qurani Kərimdə belə bir surə var: “Bəqərə surəsi, 230-cu ayə”. Bu surəni yəqin ki, yazmağıma ehtiyac yoxdur, məlumdur. Orda kişinin öz qadınını bir və iki dəfə boşadıqdan (3 dəfə boş ol deyilir) sonra öz evinə geri qayıdacağı göstərilir. Bu hal üçüncü dəfə olduqda isə artıq qadın başqasına ərə getməli və sonra yenidən evinə qayıtmalıdır. Bu fikrin o qədər də düzgün hesab ediləcəyini zənn etmirəm. Qadının ərindən başqasıyla olmağı, daha sonra yenidən evinə qayıtmağı nə dərəcədə doğrudur? Bəziləriniz belə sual verə bilər ki, 1400 il əvvələ aid qayda və qanunlar indi niyə bu qədər qabardılır? O zaman özünüzə bu sualı da verin, bu qaydalar 1400 il əvvələ aiddirsə, o zaman Quranı Kərim niyə hələ də İslamın əsas faktı hesab olunur? Özü də 1400 il əvvələ aid olan bir fakt...

Yenə qayıdıram həmin surəyə. Təsəvvür edirəm ki, bu hal mənim başıma gəlib; evliyəm, həyat yoldaşım məni üçüncü dəfə boşayır və evimə, övladlarıma təkrar qayıtmaq üçün başqasına ərə gedirəm. Düşüncəsi belə adamı ürküdür... Bildiyimə görə müsəlman ölkələrində, xüsusən də İranda bu hallar hələ də qalmaqdadır. Ən pisi bilirsiniz nədir? İranda qadınlara qadın kimi yox, heyvan kimi davranırlar.

Bu yaxınlarda bir xəbər oxudum: Qor əyalətində 23 yaşlı bir gənc öldürülüb, özü də nişanlısı ilə birgə. Səbəb də onların bir-birini sevərək qoşulub qaçmasıymış. Bir düşünün, bu adət bizdə olsaydı, hər gün biri daş qalaq olacaqdı (xüsusən rayonlarda). Çox acı bir şeydir, qadını diri-diri torpağa basdırır, sonra da gövdədən yuxarını daş qalağa tuturlar. Özü də daşlar atılanda “Allahu Əkbər” deyilir. Qurani Kərimdə yazılıb ki, “Tanrı bağışlayandır, hikmətlidir”. Bəs daşlar atılanda nəyə görə Tanrının adı çəkilir?!

Diqqətimi çəkən başqa bir məqam da çoxarvadlılıqla bağlıdır. Buyrulub ki, kişi birdən çox qadın ala bilər. Bu təbii ki, yenə müsəlman ölkələrində mövcud olan bir şeydir. Doğrudur, bu gün baxsaq, bütün ölkələrdə əksəriyyəti belədir, kişi birdən çox qadına sahibdir (bizdə bir az fərqli olur). Bu kişidə normal haldır. Peyğəmbərlərin özləri də bir neçə dəfə ailə həyatı qurmayıblarmı? Zidd olan bunun bu günə qədər hələ də qalmasıdır.

Bu gün cəmiyyətdə qadın ikinci dəfə ailə həyatı quranda ona yaxşı baxılmır, bəzən tənqid də olunur, kişi üçünsə Quranda bu mövcuddur, neyləsin axı, belə buyrulub. Sözümün canı budur ki, kişi “yetim malını qorumaq məqsədilə” birdən çox qadını nikahına ala bilər, onlarla eyni evdə qala bilər. Qəribəsi bilirsiniz nədir? Elə kənara çıxmayaq, götürək öz ölkəmizi - kişinin üçüncü dəfə ailə həyatı qurması bizi o qədər narahat eləməz, normal baxılası bir hal olar. Eyni halın bir də qadın üçün məqbul olduğunu düşünün, üçüncü dəfə evlənsə, yazığı fahişəylə bir tutarıq. Çox acı bir vəziyyətdi, elə deyil?
Şərhlər : 2 Şərh yaz
Adil 20 noyabr 2016 00:10  

Mən Bir şey anlamıram ki,hörmətli Təhminə xanım,Mirzə Fətəli Axundov və Nəsimi Yazdığı anti-islam mövqeyindən dayanaraq biz İslamı siyasi fəaliyyət malzəməsinə çevirmişik,ən azından Şərq qadını qürurlu,zəhmetkeş qadın obrazını yaradan əsər yox olmasının səbəbini məhz məhz şüursuz Qərbləşməsinin,Dünyəvilikdədir.

Cavid 4 yanvar 2017 13:48  

Təhminə xanim,ele dashlanma meselesindende aydin oldughu kimi insanlarin sef addimlarina gore Islami yanlis cixarmayaq,mence siz yenede Qurani oxuyun,ama sirf nese problem tapacam mentiqi ile yox,oxuya oxuya sanki sizin yox Tanrinin daniwdighini hiss edin,o zaman daha ferqli alqiliyacaghinizi yeqin edirem.... cox arvadliliq meselesinde ise mence xanimlara nese awaghilanma olmur,hetta kiwi bawsiz qalmiw aileni himayesine almaq istesede ilk qadininin kicicik narazilighi bes edirki ikinci qadin hemin kiwiye caiz olmasin... 

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar