Bu adamlar nə istəyir?

Orxan Həsəni

8-07-2016, 11:35 Oxunub: 834
Son zamanlar gənc yazaralara yaşlı nəslin münasibəti birmənalı deyil. Konkret olaraq yaşlı nəslin bəzi "ağzıgöyçək" nümayəndələri gənc nəsli tanımağı özünə sığışdıra bilmir, hətta özlərinə təhqir hesab edəcək səviyyəyə gətirir. Bunun səbəbləri nədir? Niyə yaşlı nəsil bunu özünə sığışdıra bilməyib nə fəaliyətlərini fəaliyyət sayır, nə də fəaliyyətsizliklərini...

Ədəbiyyatımızda Sovet təfəkkürünün uzun müddət hakimliyi dünyada baş verən bir çox cərəyanların bizdən yan keçməsinə səbəb oldu. Ədəbiyyatın qolu-budağı qırıldı, təhqir olundu, partiya üzvləri tərəfindən dəfələrlə zorlandı, sinəsindən medallar asıldıqca əyildi. Belə vəziyyədə nəinki yeni cərəyanların ədəbiyyata gəlişi hətta ədəbiyyatımızdakı qədim ənənələr də inkar olunmağa başlandı. Sizə Xaqani Şirvanının kəndli qızı ilə evləndiyinə görə (ehtimal) kitablara düşüb öyrənildiyi bir dövrdən danışıram. Məsələ aydındır. Məlum hadisələri müti formada alqışlayan adamların bu gün gəncliyə ədəbiyyat haqqında məsləhət verməsi, qınaması, "gözün üstə qaşın var" deməsi iyrənc görünür. Qapalı dövləti ayaqda tutan qapalı beyinlərdir. Həmin zamanda ədəbiyatın içinə saxta ideologiya qırıntıları daxıl olur. Bu saxta ideologiya qırıntıları isə insanları zəhərləməkdən başqa heç bir nəticə vermirdi.

Milan Kundera "Roman sənəti" əsərində "rus ədəbiyyatı niyə SSRİ dönəmində Dostoyevski və Tolstoy kimi dahiləri yetişdirə bilmədi" sualına belə cavab verir: Roman zəncirvarı bir formada öz inkişaf yolunu götürü. Rus ədəbiyyatının inkişafındakı birinci zəncir halqası Turgenev, Dostoyevski, Tolostoy idisə, Sovet dönəmində bu zəncirin gələcək halqaları sadəcə sınır. Roman öz daxili komponentlərini nəzərə aldığımız zaman heç bir ideologiyanın qırıntısı olmamalıdır, yəni heç bir ideologiyaya xidmət etməməlidir.

Sovet dövründə yazılan əsərlərin çox hissəsi isə bu qırıntıların bariz nümuməsi idi. Fadayevin yazdığı "Gənc qvardiyaçılar" romanına Stalinin münasibəti və Fadayevin romanı yenidən yazmağı həmin dövrün necə zəhərli bir ortam olduğunun açıqca izah edir. Belə bir ortamda uşaqlığını, gəncliyini və yetkinlik dövrünü yaşamış bir nəslinin bu gün və elə həmin adamlardan qalan problemlərlə sözün həqiqi mənasında əlləşən gəncliyə qarşı göstərdikləri münasibət normaldır. Bu adamlardan bundan artığını gözləmək ağlabatan şey olmazdı.

Azərbaycanda yetişməkdə olan yeni yazar nəslin acınacaqlı vəziyyəti haqqında uzun-uzadı danışmaq olar. Kitabını çap etmək istəyən yazıçı başqa ölkələrdən fərqli olaraq kitabı nəşriyyatlara yollayıb heç bir parasız kitab çap etdirə bilmir. Çünki nəşriyyatların bir çoxunun başında yenə həmin təfəkkürdə ola adamları görə bilərik. Bu zaman isə kapitalı olan kitabını çap etdirir, hələ öz cibindən pul verib kitaba tənqidi (daha çox tərif) məqalələr yazdırır. Kapitalı olmayıb, ancaq istetadı olan yazarlar isə sadəcə özünə sponsor tapmaq adı ilə min dona girir, ən sonda istetad da həmin axtarışda əriyib yox olur. Dövlət tərəfindən AYB-yə maddi yardımlar olur. Ancaq AYB deyiyimiz qurumda gənclər sədrinin yaşı 40 yaşdan yuxarıdırsa necə deyərlər apar tulla...

Yazıçı öz azadlığını yazmalıdır. Yazarın ən böyü silahı onu bütün soyuqdan şaxtadan ovcunun içində qoruduğu azadlıq işığıdır. Azad olmayan yazar puç olmuş tale kimidir. Bəzi yaşlı nəsil nümayəndələrinin gənc yazarlara göstərdikləri münasibəti biabırçılıqdan başqa bir şey adlandıra bilmirəm. Onlar öz həqiqətlərini çığıra-bağıra hamıya duyurmağa, ciblərinə milyonlar yığıb, villalar tikdirib, sonra isə dövlət hesabına öz köntöy, lazımsız kitablarını çap etdirdiyi zaman məğlub olmuşdular. İohan Vilhelm Snelman deyir ki, "gəncliyin ruhunu düzgün istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada gicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz". Məhz bunu etməyə çalışan bəzi adamlar əlbəttə buna nail olmayacaqlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar