Nə etməli? (I hissə)

Saida Saidova

7-04-2016, 14:10 Oxunub: 663
Mən özümü hazır hiss etmirəm. Nəyə görə? Hər şeyə görə. Bəlkə də kütlənin üsyanına əngəl ola biləcək və onu güdə biləcək məsələlərimi həll etmədən onu idarə edə biləcək gücdə olmamaqdan qorxuram. Başqalarına deyə biləcək sözünün ola bilməsi üçün əvvəl özümə söz keçirməli olduğuma inanıram.

Mənə bu gün "nə etməli" sualını versələr, əvvəl özünü düzəltməlisən deyə bilərəm. Bir qanunla yola çıxacağıqsa, bu ilk əvvəl belə ola bilər: Özünü anlamayan insan özündən əlavə başqa bir məsələni heç vaxt anlaya bilməz.

Beləliklə də o, məsələnin həlli yolunu tapmaqda çətinlik çəkər. Hər kəs zəif nöqtələrini gizlədərək yalnız güclərini ortaya qoyar. Nəticədə görünüşcə qazanan tərəf ola bilərik, ancaq daxilən məğlubiyyətimizin fərqindəyik. Ağıllıca davranmaq, ilk əvvəl zəif nöqtələrimizi çəkinmədən ortaya atmalıyıq. Lazımsız bir yerdə ortaya çıxmalarının qarşısını alacaq və toplu üsyandakı ümidsizliyə düçar olmaqdan xilas olacaqsan. Qarşılıqlı güvən və mübarizə ancaq belə bir varlığın problemini duyduqdan sonra məsələ şəklində dəyirmi masada müzakirə edilə bilər. Lakin bütün bu problemləri özün həll edəcəksən. Komplekslərini və depressiyalarını birlikdə çalışacağın insanlara istiqamətləndirməyəcəksən. Birləşəcək insanlar əvvəl birləşə biləcək gücdə olmalıdırlar, əvvəl bu vəziyyətə gəlməlidirlər.

Sizlər yeni həyat qurmaq və addımlamaq üçün birləşəcəksiniz. Korla karın yoldaşlığı kimi bir iş üçün deyil! Öz problemlərini həll edə bilməyən bir insan qüsurlarının acısını başqalarından çıxmağa haqqı yoxdur. İnsan ən bəsit ehtiyaclarını ödəməkdə əlbəttə ki, bağımsızdır. Fəqət bağımlılıq yaradacaq tələblərin, məsələn, qumar, içki və artıq əyləncə bir yana buraxılması və bunların vərdiş olmaqdan imtinası labüddür. Bu tipli vərdişlər əsasən ümidsiz günlərdə fərdin yaxasını buraxmaz və fərd bundan ümidli günlərdə xilas olmalıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar