Mənim yolum (fəlsəfəm)

Saida Saidova

2-03-2016, 16:29 Oxunub: 658
Bu yolda dikbaşlı yürüməlisən. Mübarizənçün azadlığını belə qurban verməyə hazır olmalısan. Bəzən dəmirdən bir qəlb daşımalısan köksündə.

Bu ala-bəzək mühitin ağ-qara, bəzən isə rəngarəng insanlarını vecə almadan öz dəsti-xəttinlə irəliləməlisən. "Rəng al, amma rəng vermə"- deyib atalarımız. Müstəbid və donquldanan insanlardan bir addım kənarda durmalısan. "Sərhəd" dediyimiz şey digərlərinin təyin etdikləridir. Alovu daim su ilə qorxutsalar da, sən alovu deyil, həyat verən su olmağı seçməlisən həmişə.

Dünyəvi zövqlərdən dad almağı bacar, ancaq elə et ki, bu həzlər səni haqlayıb bürüməsin. İnsanın həqiqi gücü biləyində deyil, diləyindədir. Kələ-kötür, keşməkeşli yollarda addımlarını say. Çətini istə, çünki imkansız yoxdur. Beyin tarlanda müqəvva kimi dayanan insanlardan uzaq dur ki, səni özlərinə bənzətməsinlər.

Əzmkarlığınla, iradənlə işıq ol gözləri görən "kor"lara. Saxta ekstaz yolu ilə özünü məhvə aparan dindarları rədd et. "Hər şey yaxşı olacaq" dediyin sığınacaqdan başını çıxarıb gələcəyə töhfə verməyi öyrən. Özinkişafla başla. Heyrətlən, sual ver, kəşf et. Hər sabah göz açdığında "mən bacaracağam!" manifestini vurğula özünə. Və unutma ki, sənin daxilindəki həyat fəlsəfəsini sadəcə özün səhnələyə bilərsən.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar