Düşüncə

Saida Saidova

1-03-2016, 20:37 Oxunub: 732
Bizim cəmiyyətimizə lazım olan ilk şey inamdır. Hansı ki, ən xırda məsələnin həlli yolunu tapa bilməməsinin səbəbi özgüvənin azlığı və inamsızlıqda gizlidir. Düşünün ki, qarşınıza bir problem çıxıb və çıxış yolu tapmaqçün var gücünüzlə çalışırsınız. Həll etdiyinizdə sevinirsiniz. Gəl ki, bunun əksi olanda - məğlub olanda artıq rəqibləriniz sizin zəif nöqtələrinizdən tutaraq sizi sındırmağa başlayır. Nəticədə inamsızlıq yaranır və sizə qucaq açaraq ağuşuna alır.

Məhz buna görə təklif edərdim ki, zəif nöqtələrinizlə öz "dəyirmi masanızda" qarşınıza qoyaraq üzləşin. Bundan törəyən komplekslərinizi, qorxularınızı da aradan qaldırmış olarsınız. İnsan oğlunun bacarmayacağı heç nə yoxdur.

Fikirləşin ki, bir zamanlar Ay insanlara simvolik bir şey və ya üzəri kələ-kötür "pendir" kimi əks olunardı. Bəziləri onun Tanrı olduğunu belə düşünərdi. Daha sonra 1969-cu il, 21 iyulda ABŞ Hərbi Donanmasının zabiti Nil Armstronq ilk dəfə Aya ayaq basdı. Belə bir nəticəyə gəlmək olar ki, hər şey düşüncədə bitir. İradəsizlik də, inamsızlıq da, qətiyyətsizlik də, qərarsızlıq da - saya biləcəyimiz bir çox nüans düşüncədə toplaşır. Əgər mənfi auranı özünüzdən kənarlaşdırıb istiqaməti daha çox elmə, təhsilə, maariflənməyə doğru alsanız, sizinçün "qabarıq" görünən həyat fəlsəfəsindən bir çox suala cavab tapa bilərsiniz.

İlk olaraq özünüzə "mən kiməm?" sualını ünvanlayın. Daxilinizdəki "mən"i axtarmaq üçün can atdığınız andan başlayaraq sizə müstəqil görünən çox şeyin əslində tamam ayrı qəbildən olduğunu anlayacaqsınız. Heç kim nə fövqəladə ruha sahib deyil, nə də ki üst insan deyil. Tək nirvanaya (ruhani yüksəliş) ucalanlardan başqa (misal: Budda)...

Öz üzərinizdə çalışın, qarşınıza məqsəd qoyun, hədəflər seçin, aydınlanın. Dayanmadan edilən təkamül insanı xoşbəxtliyə apara bilər ancaq. Unutmayın ki, xoşbəxtlik "fast food" deyil ki, hazır gətirib qarşınıza qoyalar.
Şərhlər : 1 Şərh yaz
Te Te 1 mart 2016 21:58  

Uğurlar..

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar