Hər anımız savaşdır

Aqşin Vəliyev

27-02-2016, 15:05 Oxunub: 559
Hər anımız savaşdır. Aldığımız nəfəsdə belə ölümlə mübarizə aparırıq. Həyatla ölümü bir-birinə bağlayan o kiçik ipliyin nə dərəcədə nazik olmasının bir önəmi yoxdur. Önəmli olan onun qopma ehtimalını gözardı edərək, necə mübarizə aparacağımızdır.

Biz evdə, təhsil ocaqlarında, cəmiyyət içində və digər yerlərdə daim mübarizə aparmaq məcburiyyəti qarşısında qoyulmuşuq. İsdəsək də, isdəməsək də  biz buna məhkumuq. Belə bir sual ortaya çıxır: bəs nə etməliyik? Kölə olduğumuz duyğusunu aramsız olaraq beynimizə həkk etməyə çalışan insanların qarşısında nəyə görə boyun əyməliyik?

Çıxış yolu çox sadədir. İlk öncə mübarizəyə hazır olduğunu sübut etməli, sonra nələrisə əldə etməyə çalışmalısan. Başqalarının qarşısında sübut edəcək heç nəyimiz yoxdur. Hər şeyi düşüncələrimizdə sübut etməliyik. Dəyişimə olan həvəsin səni öz ruhunda indiyə qədər aşkar etmədiyin sirləri aşkar etməyə sövq edəcək.  Bu, heç də asan olmayacaq doğrudur. Lakin unutmamalıyıq ki, asan olan heç nəyin dəyəri yoxdur. Azərbaycan gəncliyini ucuz hədiyyələrlə sevindirməyə çalışan insanlara göstərəcəyimiz çox şey var. Biz onlara gəncliyin üzdə görünən yox , pərdə arxasında gizlənən gücünü göstərəcəyik.

“Mən hər şeyə qadirəm”

Bir alov düşün, alov yanarkən bütöv halda görünür, lakin əslində o, tək bir alov deil. Sönüb tüstü olan alovu digər minlərlə alov əvəz edir və biz onu bütöv halda görürük. Bax, sən də belə yaşamalısan, düşündüklərinlə yaşadıqların vəhdət təşkil etməlidir. O zaman bir insan kimi nələrə qadir olduğunu anlayacaqsan. Sirlər açıldıqca düşüncələrin səni daha da uzaqlara getməyə məcbur edəcək. Həyatın sırf nəfəs alıb-verməkdən daha çox olduğunu hiss etdiyin an böyümək prosesi alov kimi daimi olacaq.

Bu günə kimi qarşımıza çıxan çətinliklərdən boyun qaçırmışıq. Ümidsizlik və yorğunluq hissi hər addımda bizi uçuruma dahada yaxınlaşdırır. Nədənsə hər şeyi gözümüzdə daha da çətinnləşdiririk. Bunun səbəbi sadəcə məğlub olma qorxusudur.  Bu qorxu bizi yenidən keçmişdə qalmağa və əvvəlki kimi düşünməyə vadar edir. İnsanın sahib ola biləcəyi ən böyük dəyər öz kimliyini tapmasıdır. Biz onu tapa bilmədiyimiz üçün itirmək kimi bir qorxumuz da ola bilməz. Anlamalıyıq ki, edəcəyimiz fədakarlıqlar gün gələcək bizi sevənlərin bizə qarşı olan güvən və sayğısına çevriləcək. Qorxmamalıyıq, ondan ötrü ki, heç olmasa düşmənimzi tanıma şansımız olub. Həyatdan yorulduğumuzu hiss etdiyimiz ən çətin anlarda iradəmizin gücünə sığınacaq, səbirsizlik və tədirginlik hissinin içimizi yeyib-bitirdiyi bir anda “mən hər şeyə qadirəm” deyəcək güc tapacağıq özümüzdə.  Zaman keçdikcə fərd olaraq necə dəyişdiyimizin şahidi olacağıq. Hüzur olmamalıdır beynimizdə. Hər dəqiqə narahat olmalıyıq. Nələrisə düşünmək, kim olduğumuzu, nə istədiyimizi və s. - bunlar bizi narahat etməlidir. Gecələr narahat yatmalı lakin, çəkdiyimiz əziyyətin yanğıları duyğularımızı külə çevirməlidir. Duyğular öz kimliyini tapmağa çalışan insanlara xas xüsusiyyət deyil.

Bir problem daha!..

Xoşbəxt ola bilməmə problemi... İnsanlar xoşbəxt olmadıqları təqdirdə heç nə edə bilməyəcəkləri qənaətinə gəlirlər. Təbii ki, bu tam olaraq yanlış yanaşmadır. Bizlər xoşbəxt olma və xoşbəxt olmama duyğusunu bir kənara qoyaraq görəcəyimiz işləri ən möhtəşəm şəkildə yerinə yetirsək, xoşbəxtlik özü bizi tapacaq. İlk öncə öz vəzifəmizin fərqində olmalıyıq. Hər bir insanın vəzifəsi var. Bunu danan insanlar axmaq insanlardır. Bizlərin cəmiyyət, ailə, dövlət və s. şeylər qarşısında vəzifələrimiz, öhdəliklərimiz var. Sadəcə bunları dərk edərək icra edən və yaxud müxtəlif səbəblərlə icra etməkdən boyun qaçıran insanlar var. Ən önəmli vəzifələrimizdən biri də insanın özünü tanıma vəzifəsidir. Özünü tanımağa çalışmayan insanlarda istənilən pis xüsusiyyəti tapa bilərik. Sonda isə hərkəs bu şüarı əbədi olaraq beyninə həkk etməlidi:

“Mən tayı bərabəri olmayan və öz mahiyyətində səmimiliyi təcəssüm etdirən mübarizənin təməlini artıq  düşüncəmdə qoymuşam”

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar