Borc alıb qaytarmayanlar

Vəli Şükürov

24-02-2016, 12:31 Oxunub: 517
Bəzi dələduz adamlar özlərini müsəlman hesab etsələr də, müsəl­man əxlaqına zidd hərəkət edir, Allaha və Onun Peyğəmbərinə (səlləllahu aleyhi və səlləm) asi olurlar. Belələri müsəlmanın malını qaytarmamaq niyyəti ilə ondan borc alır, uzun müdət müsəlman qardaşına yalan vədlər verir, axırda da həmin malı mənimsəyir və beləliklə də, müsəlman adını batırırlar.

Halbuki Pey­ğəm­­bər (səlləllahu aleyhi və səlləm) deyib: “Həqiqətən, sizin ən xeyirliniz, bor­cu­nu ən gözəl şəkildə ödəyəninizdir". Aldığı borcu qaytar­mayan dələduzları hər yerdə ifşa etmək, insanları onlardan çəkindirmək lazımdır.

Belələri barədə neçə-neçə ayə və hədislər varid olmuşdur.

Uca Allah buyurur: Həqiqətən, Allah sizə əma­nətləri sahiblərinə qaytar­manızı və insan­lar ara­sında hökm verər­kən ədalətlə hökm verməyinizi əmr edir. (Nisa surəsi 55)                                 

Əma­nətə xə­yanət edən kimsə Qiya­mət gü­nü xəyanət etdiyi şeylə gələcək. Son­ra da hər kəsə əməl­lə­rinin əvəzi tam veriləcək və onlara zülm edil­mə­­yəcək.

Peyğəmbər (səlləllahu aleyhi və səlləm) deyib: “İnsanların malını qaytarmaq niyyəti ilə götürən kimsənin borcunu onun əvəzinə Allah qay­tarar, onu tələf etmək və qaytarmamaq niyyəti ilə götürən kimsə­ni isə Allah məhv edər!"

Peyğəmbər (səlləllahu aleyhi və səlləm) deyib: “Allah yolunda şəhid olan kimsənin bütün günahları bağışlanır. Yalnız borcdan başqa!”

Yuxarıdakı ayə və hədislərdən aşağıdakı nəticələr çıxır:

Aldığı borcu bilərəkdən qaytarmayan dələduz adamı Allah məhv edər, şəhid olsa belə bu günahı bağışlanmaz, həm bu dünyada, həm də Axirətdə oğru sayılar. Haqqına girdiyi adamın Haqq-hesab günü öz savabları ilə haqqını ödəyər, savabı olmazsa məzlumun günahları ilə yüklənər, əsil müsəlmanlara aid edilməz, Qiya­mət gü­nü xəyanət etdiyi şeylə gələr və Cəhənnəm oduna atılar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar