Bəlkə də heç bunu düşünməmisən

Vəli Şükürov

9-02-2016, 14:25 Oxunub: 878
Əziz müsəlmanlar, hər biriniz hər səhər yuxudan oyananda həmin günü xoş keçirməyini arzulayır, istəklərinizi həyata keçirəcəyinizi düşünür, hətta gün ərzində istəklərinizə uyğun nələr edəcəyinizi planlaşdırırsınız.

Amma ola bilsin ki, saatını qoluna taxasan və onu sənin qolundan varislərin çıxarsın. Ola bilsin ki, maşınının qapısını bağlayasan və onu sənin üçün təcili yardımın işçisi açsın. Ola bilsin ki, köynəyini yaxasını düymələyəsən və onu sənin üçün meyit yuyan açsın. Ola bilsin ki, gözlərini tavana zilləyib yumasan, açdıqda isə özünü göylərin və yerin Rəbbi olan Allahın hüzurunda görəsən. Hər kəs səhər evindən çıxıb öz ehtiyacının arxasınca gedir, lakin heç düşünmür ki, həmin ehtiyacın yanında əcəli ona yetişə bilər. Bu xüsusda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyib:

"Allah öz bəndəsinin canını almaq istədiyi zaman, o bəndənin canını alacağı yerdə onun üçün ehtiyacı olan şeylər yaradır". Odur ki, beş şey gələnədək beş şeydən istifadə edin: ölənədək həyatınızdan, xəstələnənədək sağlamlığınızdan, məşğul olanadək boş vaxtınızdan, qocalanadək cavanlığınızdan və kasıblayanadək var-dövlətinizdən...

Bir gün bir ağsaqqal kişi dostunun dəfn mərasimində iştirak edir. Elə ki, cənazəni qəbrə qoyurlar, ağsaqqal yanında dayanan dostuna deyir:

- Səncə Allah təalə bu dostumuzu bir daha həyata qaytarsaydı, o yaxşı işlər görərdimi?
- Əlbəttə. Ona bu fürsət verilsəydi, o ancaq saleh əməllər edib, axirətə hazırlaşardı.
Ağsaqqal kişi deyir:
- Amma təəssüf ki, o qayıtmayacaq. Lakin sən onun yerində ola bilərsən...

Uca Allah Quranda buyurur:

- Hər bir kəs ölümü dadacaq. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyil. (Ali imran 185)

Bəlkə də heç bunu düşünməmisən

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar