Hürufi-Bakı

Mələk Bayramlı

30-01-2016, 11:10 Oxunub: 1367
Qələmimi palçığa batırıb yazıram

Misralar torpağa dönüşsün,

Cümlələr bitirsin

Mən oxuyum, siz dərin.

Səsim gəlməsin,

Dodağım tərpənsin.

Hecaları siz birləşdirin.

Ya da unut, danışıram yenə öz-özümə

Hərfləri yaxıram üz-gözümə

Deyəsən, belə, biraz hürufiləşdim mən

Yaşasaydı, Nəsimi deyərdi yenə:

"Həqq mənəm! Həqq məndədi!"

Qəzəlləri səsləndi

Soyulmadı dərisi

Soyuldu beytləri

Soyutdular Əbədiyyət üfüqində

Doğan qızmar Günəşi.

Gözündə tor olan bədbəxtlər..

Gizlətmisən qadınını

Bir parça dəsmal altında

Gözləri görsün, amma gizlət beynini

Ağzından su axan nəfsini sil dəsmalla

Allahsızlar yuvası Bakı

Bu gün nəzir qutularının çoxluğu ilə

Allahlaşıb...

Görünür bu yerlərlə

Tanrı çoxdan vidalaşıb...

Bəlkə mən də bədbəxtlərə soydurum özümü,

Çıxsın çirkim, getsin cismim, qalsın ruhum.

Müəllifin yazıları

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar