Dövlət nədir?

Nicat Həşimzadə

19-12-2016, 17:03 Oxunub: 1491
Hüquqi dövlət ideyası ilk dəfə qədim dövrlərdə meydana gəlsə də, nəzəri konsepsiya kimi XIX əsrdə işlənib hazırlanıb. Hüquqi dövlət terminini elmə ilk dəfə Kant gətirib. Alman hüquqşunasları Ellinek və Şteyn hüquqi dövlət nəzəriyəsinin ən görkəmli nümayəndələridirlər. Hüquqi dövlət o deməkdir ki, dövlət vətəndaşlarla münasibətində hüquqa əsaslanır, hüququn aliliyini qoruyur, hüquqa görəsə  hər kəs qanun qarşısında bərabərdir.

Hətta ən qədim dövrlərdə də insanlar toplum halında yaşayıblar. Qədim dövrün qəbiləsi bugünün dövləti, qədim qəbilə ənənələri isə bu günün hüquq sistemidir. Demək ki, insanlar təkamül etdikcə dövlətin yaradılmasını zəruri hesab ediblər. Dövlət öz taleyinin hökm hüququnu başqalarına verməyən şüurlu fərdlərin sərhədsiz iradəsidir. Dövlət vətəndaşın təminatçısı, vətəndaş dövlətin zəmanətidir. Dövlət xidmətə görə mükafat, cinayətə görə cəza verən hüquq aparatıdır. Vətəndaş dövlətçilik fəlsəfəsi ilə bağlı fərdi mövqeyə sahibdir.

Dövlət intizama, sistemə əsaslanır, hüquqi məsuliyyətini dərk etməyən iradəsiz insanlar özbaşınalığı üstün tuturlar, onlar üçün azadlıq əxlaqsızlıq, özbaşınalıqdır. Əsl vətəndaş üçün azadlıq yaradıcılıq və fərdi məsuliyyətdir. Kölə təfəkkürlü adamlar heç zaman azad olmaq istəmirlər. Çünki azadlıq məsuliyyətdir, kölələrsə məsuliyyət daşımaqdan qorxurlar.

Dövlət mənəm, Mən Azərbaycanam. Ey Azərbaycan gənci, sən necə möhtəşəm varlıq olduğunun fərqində deyilsən!

Dövlətçilik tarixi daim kəskin zərbələrə məruz qalsa da mövcudluğunu qorumağı bacarmış xalqın qalibiyyətisən. Sizə deyəcəklər ki, dövlət insanları əzən vəhşi sistemdir. Əgər belədirsə, mən o adamlara sual verirəm ki, dövlət olmasa cinayətlərə, zorlanma hallarına görə cəzanı kim verəcək? Toplum həmişə idarə edənlərdən və idarə olunanlardan ibarət olub. İnsan təbiətən idarə olunmağa qarşıdır. Henry David Thoreau  “Vətəndaş itaətsizliyi” kitabında yazır ki, vətəndaşlar üçün ən ideal hökumət daha az idarə edən hökümətdir. Azərbaycan gənci hər gün valideynləri tərəfindən “heç kimə inanma” sözlərini eşidir. İnsan inanmadan yaşaya bilməz. Çünki inam vacib amildir. Konfutsi deyirdi ki, xalq inamsız olsa dövlət çökər.

Öz xalqını, öz vətənini sevməyən adamların bəşəri sevgidən danışmasına nifrət edirəm. Qandi bütün dünyanı, bütün insanları sevirdi. Lakin Qandi bütün dünyadan, bütün insanlardan öncə Hindistanı sevirdi.  Dünyanı Azərbaycan üçün sevək, dünyanı Azərbaycan üçün öyrənək.

Şəxsiyyətləri xalq yox, tarix seçir, tarixi isə şəxsiyyətlər yaradır və beləcə xalq tarixin bir parçası, şəxsiyyət isə tarixin yaradıcısı olur. Ya şəxsiyyət olaq, ya da şəxsiyyətlərin dəyərini bilək!

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

Ustadımız deyib heçdir, vətənsiz can, Azərbaycan. (Məhəmmədhüseyn Şəhriyar)
Şərhlər : 1 Şərh yaz
Yusif 22 dekabr 2016 22:13  

cox ela Nicat dogurdan deyerli meqlaedir himinimizde deyildiyi kimi namsunu hifz etmeye bayragini yukseltmeye cumle 'Gencler ' mustaqidir 

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar