İntellektual masturbasiya

Nicat Həşimzadə

12-05-2016, 18:55 Oxunub: 2662
Azərbaycan gənclərinin yüksək potensialı var. Təəssüflər olsun ki, Azərbaycan ziyalıları bu potensialı sağlam tərəflərə istiqamətləndirə bilmirlər. Çünki ziyalılarımızın məqsədlərində mənfəətçi məmur zehniyyəti var. Şəxsi mənfəət arzusu Azərbaycan intelektuallarının mərkəzləşməsinin qarşısını alır. Şöhrət düşkünlüyündən əziyyət çəkən aydınlarımız eqolarının, nifrətlərinin altında əzilirlər. Bu səbəbə görə də Azərbaycan ziyalılarının fəaliyyətini intelektual masturbasiya adlandırmaq olar.

İctimai sferada aktiv fəaliyyət göstərən gənclər var. Onlar birləşə, birlikdə mübarizə apara bilmirlər. Onların birləşməsinin qaşısını şüurlu şəkildə alan qüvvələr var. Bizi zor gücünə kollektivləşdiriblər. Öz məntiqimizlə birləşməmişik. Birləşmək iki halda baş verə bilər:

1) Ciddi təhlükələr yarananda – Bu cür birləşmələrin əsas səbəbi qorxu hissidir. Bu cür birlikləri tək mübarizə aparmaqdan qorxan insanların birliyi hesab etmək olar. Belə birliklərin ömrü az olur.

2) Məntiqli şəkildə, ciddi məqsədlər uğrunda qurulan birliklər. Bu cür birliklərin konkret məqsədləri olur. Onlar enerjini ciddi fəaliyyətə çevirə bilirlər.

Enerjilərini ciddi fəaliyətə çevirə bilməyən ziyalıların kütlədən heç bir fərqləri yoxdur. Onlar sağlam fərdlər deyillər. Onlar hamamda, tualetdə kitablar yazır və deyirlər:

“Mən ziyalıyam, mən fikir adamıyam, dəyməyin mənə. Xalq heç nə qanmır. Onlar səviyyəsizdir, mənimsə səviyyəm yüksəkdir. Fikir adamı tənha olmalıdır. Narahat etməyin məni”

Xalqa ikrahla yanaşan bu adamlar həm də xalqdan qayğı, nəvaziş tələb edirlər. Necə mənasız göründüklərindən xəbərsizdirlər. Xalqı söyərək tərbiyə etmək olmaz. Kitab oxumaq faydalı işdir, amma mütaliə hər şey deyil. Həm də yaşamaq lazımdır. Yaşadığını yazmalısan. Hiss etmədiyini yazanda saxtakar olursan.

Bir xalq başqa xalqların ideologiyasına uyğun yaşaya bilməz. Çünki o ideologiyanı yaradan adamlar öz xalqlarının nümayəndələridir. Onların fərqli ənənələri var. Minillik ənənələri bircə dəfə tribunaya qalxmaqla sarsıtmaq olmaz.

Arada qəribə yuxular görürəm. Keçən gecə qəbuluna düşmək kosmosdan pendir gətirməkdən daha çətin olan adamlardan birini gördüm yuxuda. Qışqırırdı ki, dəyməyin mənə, mən fikir adamıyam.

Hörmətli oxucu, yazını burada bitirsəm yaxşıdır, qoy fikir adamları inciməsinlər. Amma davamı mütləq olacaq.

İntelektual masturbasiyanız uğurlu olsun, “fikir adamları”!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar