Dəyişim səndən başlayır

Səid Əlizadə

25-03-2016, 13:57 Oxunub: 655
Mübarizələr fədakar insanlar üzərində qurulur. Fədəkarlıq isə ən kiçik şeylərdən başlayır. Bir neçə dəqiqə zamanınızı belə hansısa ideyaya xidmət etmək üçün sərf edirsinizsə bu, artıq fədakarlıqdır.

Unutmayaq ki, bu ölkə hər birimizin vətənidir. Bu cəmiyyətin maarifləndirilməsində hamımız maraqlı olmalıyıq. Biz yaşamırıqsa da övladlarımız, gələcək nəsillər daha yaxşı cəmiyyətdə yaşamalıdırlar. Bunun uğrunda hər birimiz əlimizdən gələni etməliyik. Ümid edirəm ki, bu mövzuda mənimlə razılaşırsız...

Fərdiyyətçiliyi kənara ataq!

Çünki biz bu cəmiyyətin bir parçasıyıq. Əgər cəmiyyətimiz arzu olunan zəka və əxlaq səviyyəsinə çatmasa, bizim fərdi yüksəlişimizin heç bir nəticəsi olmayacaq. Hava çox az qaraldıqda belə hansısa bir xanımın evinə qayıdarkən ürəyini vahimə basırsa, deməli bu cəmiyyət düzəldilməlidir. Bir gənc kitab oxuyarkən, ətrafından "əşi oxuyub nə olacaqsan" səsləri cingildəyirsə deməli xalqımızın təfəkkürü dəyişməlidir.

Dəyişim hər birimizdən başlayır. Qandi deyir ki, dünyada etmək istədiyin dəyişiklik nədirsə, o özün olmalısan. Biz hər birimiz iradəmizi ortaya qoyaraq dəyişməliyik ki, bu cəmiyyətdə dəyişə bilsin. Yoxsa parlaq beyinə sahib hər azərbaycanlı bu çürümüş cəmiyyətin içində məhv olmağa məhkum olacaq.

İnanın. Dəyişikliklər labüddür. Bu həyatda mümkün olmayan heç bir şey yoxdur. Sadəcə buna yetərincə inanmaq və inancın uğrunda savaşmaq lazımdır. Savaş beyinlərdədir. Bizim savaşımız atəşli silahlarla deyil, atəşli düşüncələrlədir.

Mən Mahatma Qandi səhifəsinin komandasını formalaşdırıram. Müraciətlərin çoxluğu həqiqətən mübarizəmizin nə qədər dəyərli olduğunu sübut edir. Məqsədimiz Azərbaycanda qeyri zorakı mübarizə fəlsəfəsinin öyrənilməsini təmin etməkdir. Bu yolda bizə edəcəyiniz hər yardım önəmlidir. Ətrafınızdakılara Mahatma Qandidən danışsaz belə kifayətdir.

Gəlin və bizə qoşulun, birlikdə mübarizə aparaq. Ətrafınızda daha yaxşı cəmiyyətin var olacağına dair inamınızı sarsan insanlar varsa onlaraq baxaraq Qandinin sözlərini yadınıza salın:

“Əvvəlcə səni görməzdən gələrlər, sonra sənə gülərlər, sonra səninlə savaşarlar və sonra sən qalib gələrsən”.

Biz qalib gələcəyik.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar