O yol sənsən

Sadiq Qasımov

27-11-2015, 16:01 Oxunub: 687
Gəncsən? Bir ay əvvəlki həyatın ilə indiki həyatın arasında hansı fərq var? Tələbəsənsə, heç bir fərq yoxdur. Deyilsənsə, yenə də heç bir fərq yoxdur. Möminsənsə fərq yoxdur. Əgər düşünmədən elə deyil deyirsənsə, səninlə razıyam… Sən çox düz deyirsən. Amma özün üçün. Cəmiyyət üçün yox…

Əgər sən də "başqalarından mənə nə" deyirsənsə çox düz edirsən. Başqası necə yaşayır yaşasın, sən yenə də əziyyət çəkməlisən, şikayətlənməlisən. Kimsə nəyi isə dəyişmək istəyirsə, bu, onun problemidir. Sənin yox! Sən özün üçün yaşayırsan, başqasından sənə nə?! Başqasının övladı xaricdə təhsil alır, özünə iş belə qurur. Yayda istirahət belə edir. Beş banka kredit borcu yoxdur. Axı şərt deyil ki, bunların hamısı səndə olsun. Əsas odur ki, qarnın toxdur. 5 yox 4 banka borcun var. Özün də ki, ali təhsilli fəhlə ya da satıcısan. Hələ qazandığını da kirayəyə verirsən. Bunların heç biri olmadı, xaricə işləməyə gedirsən. Bir çox insan heç bunu belə edə bilmir. Əsgərliyə gedirsən və ölürsən. Əməliyyat olursan və ölürsən. Övladını dünyaya gətirənlər həyat yoldaşının dünyasını dəyişirlər. Sonra da “dövlət günahkardır” deyirsən. Günahkar sənsən və şükr etməlisən! Şükr etmək lazımdır… Amma insandan gələnə yox, Allahdan gələnə… İnsandan gələnə şükr edib hansısa dini axına qoşulursan. Başqa ölkələrdə başqalarının vətəninə qurban gedirsən. Öz Vətənin isə sənin kimi sahibsiz qalıb. Çünki, sən ona sahib çıxmırsan ki, o da sənə sahib çıxsın. Biri gəlir və deyir ki, “Vətənə gedən yol Təbrizdən keçir“, digəri deyir, “Tehrandan”, bir başqası deyir, “Qüdsdən” və bir başqası da deyir, “qərbdən”. Mən isə deyirəm ki, “o yol sənsən” və o yol da sənin beynindən və düşüncələrindən keçir…
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar