Düşün, yaşa və azad ol!

Sadiq Qasımov

10-08-2015, 20:27 Oxunub: 1298
İnsanlar danışmağı çox sevir. İstər keçmişdən, istərsə də gələcəkdən danışsınlar. Bunun elə də fərqi yoxdur. Çünki ikisi də eynidir. Həyatının yaşadığı andan ibarət olduğunu unudan insan yaşamağı da unudur. Bəli yaşamağı.

Yaşamaq üçün ilk öncə Dekartın dediyi kimi "olmalısan", yəni düşünməlisən. Dekart düşünən insanın var olduğunu deyir. Düşünürsənsə varsan, düşündüyün qədər olacaqsan. Düşünürsənsə insanların səni şirnikləndirməklərinə can atmayacaqsan. Səndən kim olduğunu soruşanda elmi, biznes uğurlarını, sosial statuslarını sayanda adını, soyadını deməyi unutmayacaqsan. Biləcəksən ki, sən diplomunla, rütbənlə, vəzifənlə ya da kiminsə oğlu kimi yox məhz sən olduğun üçün varsan.

Həyatın həqiqi mənası isə mümkün qədər çox inasana fayda verib irəli getməkdir. Həyata nə qədər irəli getdiyimizi insanlara verdiyimiz fayda ilə ölçməliyik, qazancımızla yox.

Nitsşe "Zərdüşt Belə Deyirdi" əsərində belə deyir: "O adamları sevirəm ki, canlarını boş xəyallara, mənasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edirlər, o torpağa ki, bir vaxt fövqəl insanın məskəni olacaq".

Burdakı boş xəyallar insanların sənin bunları "istədiyinə" inandırdıqları yaxsı maaş, əla maşın, sakit həyatdır. Bunların olması pis deyil, amma bunların məqsəd olması pis yox, çox pisdir. Sənin verdiyin dəyər olmasa onların verəcəyi sakitliyin, rahatlığın və dəyərin nə mənası olar? Sənə xoş gəlirsə bil ki, bu onların səndə olmasına görə deyil, kimlərinsə onların səndə olduğunu bilməsi fikrinə görədi.

Əgər bu fikir sənə xoş gəlirsə, dəməli sən onlara yox onlar sənə sahibdir, sən azad deyilsən, var-dövlətin əsirisən. Azad fərd düşünür. Amma o, sadə insan kimi yaşadığını yox. Azad insan fikirləşdiyini yaşayır, yaşadığını düşünür. Düşün, yaşa və azad ol!
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar