Torpağın belə qəbul etmədiyi adam...

Lady X

18-04-2016, 12:04 Oxunub: 647
Ədalət... Ədalət gec gələr, amma mütləq gələr. Ədalət olmasaydı, dünyamız necə də dəhşətli bir yer olardı ilahi!

Yəqin ki, hər birinizin Özgəcan Aslan cinayəti yadındadır. Xeyr, mən indi bu insanlığa heç cür sığmayan hadisədən, təfərrüatlarından yazmayacam. Bir neçə gün əvvəl Özgəcanın qatili Sübhi Altıntökən qapalı cəzaçəkmə müəssisəsində kamera yoldaşı tərəfindən qətlə yetirilib. Düzdür, mən bunu qətl adlandırmıram, amma nə isə... Buna ədalətmi deyim, bax onu bilmirəm. Çünki bu cəza onun üçün qurtuluş oldu, həqiqi cəza yox. Amma Tanrının ədalətinə həmişə inanmışam. Tanrı son anda olsa belə, yenə öz ədalətini göstərdi.

Əvvəlcə qatilin “qatilindən” bəhs etmək istəyirəm. O, bunu etməsinin xüsusi bir səbəbi olmadığını bildirdi, onsuz da uzun illər həbsdə olacağı üçün, dünyanı bir pislikdən daha xilas etdi. Bu insanın yaxınları açıqlamalarında, onunla fəxr etdiklərini və bu hərəkəti etməsinin səbəbini öz qızlarını göz önünə gətirməsi ilə əsaslandırıblar. Necə də dəhşətli və acılı empatiyadır. Özünü Özgəcanın atasının yerinə qoymaq, hətta təsəvvürdə belə olsa bu acını dadmaq kifayət edir ki, gözünü belə qırpmadan bir “insanı” öldürəsən.

Əsas məsələ isə bundan sonra başlayır. Sübhi Altıntökənin cəsədini dəfn etməyə məzar tapılmır. Bəli, bir qarış torpaq tapılmır. Dünyanın işinə baxın siz bir! Ailəsi hansı məzarlığa dəfn üçün müraciət edirsə ya yer yoxdur, ya da “onun burada dəfn olunmasını istəmirik” deyirlər. Nəşini qoyacaq bir morq belə tapılmır. Təsadüfdən bütün dövlət xəstəxanalarının morqlarında yer olmur! Bu hadisə bizə göstərdi ki, Tanrı heç zaman unutmur. Sübhinin anası ağlayıb, üsyan edirdi ki, nə edim mən, artıq ölüb, yandırım?

İndi humansit insanlar mənə sadist, acımasız, ruhsuz bir insan kimi baxacaq. Hətta insanlıq hissindən məhrum olduğum belə düşünülə bilər. Amma elə deyil. Mən hətta özümü o ananın yerinə belə qoymağa çalışdım. Ancaq bilirsiniz nəyin fərqinə vardım? Bəs təcavüz edilib, əlləri kəsilib, öldürülüb, sonra yenidən təcavüz edilən qızın anası hansı acılar yaşamışdı, hansı hissləri keçirmişdi? Bax həmin o anda ədalət hissi insanlıq hisssinə qalib gəldi. Bu, ədalət idi. Bədəni ölsə də, ruhu əzab çəkməli idi o təcavüzkarın. Çəkdi də. 5 gün, tam 5 gün basdırılacaq bir məzar, gözlədiləcək bir morq, nəşini qaldıracaq 3 adam tapılmadı. Onun anasına acımıram heç, yazığım da gəlmir. Çünki hər bir insanın xarakterinin 50 faizini ailəsinin ona qazandırdıqları təşkil edir. Günahkardır o ana! Düzgün tərbiyə etmədiyi oğula görə günahkardır. Hər etdiyi səhvdə ona yanlışını izah etmək yerinə danladığı, ya da əksinə dəstək olduğu üçün günahkardır. Ədalət hissindən məhrum böyütdüyü üçün günahkardır. Ən əsası düzgün örnək olmadığı üçün günahkardır.

Ədaləti gördünüzmü? Həm bir insanın yaşamaq haqqına girməyin, həm də yanlış övlad yetişdirməyin cavabını Tanrı öz ədaləti ilə verdi. Mən bir daha Tanrının ədaləti qarşısında səcdəyə gedirəm və deyirəm: sonsuz ədalətinə sığınıram!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Başqa yazarlar