Mən niyə etatist oldum?

Pünhani Əsgərli

4-06-2015, 16:10 Oxunub: 1318
İnsan oğlu dəyər vermək istəyir, bir ideyanın arxasınca getmək istəyir. İnsan öz yolunu gəncliyində seçir. Gəncliyində sevir, gəncliyində dostlaşır, gəncliyində ailə həyatı qurur və s. Məhz ona görə də gənclik insanın formalaşmasının fundamentini təşkil edir. Gəncliyini faydalı keçirən insan bütün həyatını uğurla keçirir.

Mən də həyatımda belə bir an yaşayırdım. Sistemsiz informasiya, duyğuların hakim olduğu bir insan... Belə bir vaxtda etatistlərlə tanış oldum. Tanışlığımın səbəbkarı dostum, eyni zamanda qrup yoldaşım, indi isə əqidə yoldaşım Araz idi. Araz hər zaman siyasi aktiv insanlarla, təşkilatlarla maraqlanırdı. Mənə "gəl gedək etatistlələ görüşək" deyəndə "bu da Arazın həmişəki təşkilatlarındandır” dedim. Arazın israrı üzərinə ofisə gəldim. Bir az sonra isə çay içməyə getdik. İlk söhbətdə gənclərdən birinin intellektual olduğu hiss olunurdu. Amma yenə də qane olmurdum. Hər yolla özümü haqlı çıxarmağa çalışırdım. Eyni zamanda digərlərini də müşahidə edirdim. Bir az sonra Şəhriyar bəy gəldi. Şəhriyar bəylə söhbət isə tamamilə fərqli yöndə inkişaf edirdi. Onun təkcə "Bakı sənaye şəhəri olub, Tiflis mədəni mərkəz olub. Ona görə də Gürcüstanda demokratik dəyərlər varmış kimi görünür" deməsi intellektindən xəbər verirdi.

Dediklərini qəbul eləmək istəmirdim, amma rasional düşündükdə qəbul etməyə məcbur olduğumu görürdüm. Söhbətdən sonra artıq düşünməyə başladım. Gördüm ki, mən həqiqətən tək heç nə edə bilmərəm. Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq belə bir intellektual mühit görürdüm. Əvvəllər söhbətlərimiz ancaq qrup yoldaşlarımla auditoriyalarda olurdu. İndi isə istədiyim vaxt söhbət edə biləcəyim insanların olduğunu görürdüm.

Sonra bir neçə dəfə Şəhriyar bəylə görüşlərimiz oldu və mən qərar verdim ki, Milli Fikir Mərkəzində olacam. Onda anladım ki, biz Azərbaycanın gələcəyi olmağa məcburuq, gələcəyi biz qurmalıyıq.

Renesans yunan mədəniyyətinin dirçəlməyidir, bizim dirçəldəcəyimiz bir mədəniyyətimiz yoxdur. Ona görə də biz mədəniyyət yaratmalıyıq. Tək heç nə edə bilməyəcəyik. Gənclərimiz bir olduqda bir şeylər etməyə qadir oluruq. Düşünün, tək olub neyləyə bilmisiniz? Tək olduqda şəhərə çıxıb gəzmək belə istəmirsiniz. Hər insanın bacarığı var. Biz bu bacarıqlarımızı qrantlara satmamalıyıq, Azərbayan üçün çalışmıyıq.

Etatistlər olaraq biz bunun üçün çalışırıq. Güclü Azərbaycan üçün çalışırıq. Aramızda "mən", "sən", "o", "siz" yoxdur, sadəcə və sadəcə "biz" var. Dostlarımızdan birinin problemi bizim öz problemimiz olur. İlk təşkilatıq ki, şəxsi ambisiyalar tamamilə kənara atılıb. Bizim ideyamız var, bizim görəcək çox işimiz var. Heç nə olmayacaq deyə qorxub geri çəkilmək vaxtı deyil. Tarix bizə bu vəzifəni verib. Bu yük bizim çiyinlərimizdədir. Bunu bacarmaq məcburiyyətindəyik. Çünki, bu bizim missiyamızdır.

Kiminə görə utopiya, kiminə görə xəyal, amma bizə görə gerçəkdir. Biz iradənin gücünə inanırıq. Biz qaliblərik. Keçən yazımda da yazmışdım, əsrin son 20 ilində anadan olanlar tarixə istiqamət verənlərdir. Biz həmin nəsilik. Çünki bizdə fərdilik yoxdur, bizim ideallarımız var və biz bu ideallar uğrunda çalışırıq. Çalışırıq ki, güclü Azərbaycanda yaşayaq. Tanrı Azərbaycanı qorusun!
Şərhlər : 3 Şərh yaz
ulker 4 iyun 2015 18:37  

Maraglidi..ideayinizdaa ugurlar sizlere

Firuze 5 iyun 2015 02:35  

Semimi ve duygulu bir yazidir, genc olsaydim sizlere qosulmusdum. Amma sizleri destekleyirem.

Fatima Bagirova 7 iyun 2015 13:19  

Ugurlar sene hecninin MFM e

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar