Gənc liderlər və gəncləşən hökumətlər

Pünhani Əsgərli

9-05-2015, 10:27 Oxunub: 1286

İllərdir davam edən idarəetmə formalarına nəzər saldıqda görürük ki, bir çox liderlik xüsusiyyətləri olan şəxslər gənc yaşda hakimiyyətin başında olmuşdurlar. Belə yerarxiyanın başında olmaq daha çox teokratik rejimlərdə qarşımıza çıxıb.

Buna baxmayaraq Azərbaycan tarixində gənc liderlərin böyük işlər gördüyü də aşkardır. Məsələn, Şah İsmayıl Xətayi daha 14 yaşında olarkən Təbrizdə özünü şah elan etmişdir. Bəs müasir dövrdə gənc liderlərlə demokratik rejimlər qurmaq mükündürmü? Əlbəttə, demokratik və hüquqi dövlətlərdə bu tip gəncləşmələr olacaq. Liderini axtaran xalqlar seçkilərə getməkdən çəkinməyəcək, özü və xalqı üçün liderlik xüsusiyyətləri olan intellektual gənci demokratik qaydalar çərçivəsində seçəcək. İndi isə bugünkü dövlət başcılarının vəziyyətinə nəzər yetirək.

İlk olaraq İtaliyanı diqqətinizə çatdırmaq istəyirəm. Silvio Berluskonidən sonra problemli bir vəziyyət yaşayan İtaliyada hakimiyyətə 39 yaşındakı Matteo Renzi gətirildi. İtaliya tarixindəki ən gənc baş nazir olmaqla yanaşı bugünkü hökumətlərlə müqayisədə də 49 yaş ortalaması ilə çox gənc hökumət formalaşdı. Son günlərdə Renzinin gətirdiyi inancın azaldığı deyilsə də, Matteo Renzi gənc və dinamik fəaliyyəti, yeni ideaları ilə İtaliyan xalqının inamını qazanacaq gücdədir.

Növbəti diqqət yetirəcəyimiz gənc lider isə Yunanıstanın ən gənc baş naziri Aleksis Tsiprasdır. Tsipras necə etdi ki, 2009-ci il seçkilərində cəmi 4,5 faiz səs almasına baxmayaraq 6 il sonra hakimiyyətə gəldi?! Ən vacib faktorlardan biri heç şübhəsiz Tsiprasın seçki vədləri idi. Tsipras ilk mərhələdə kasıblar üçün pulsuz elektrik, qida və mənzil təminatı, pensiya və müavinətlərin artırılması ilə yanaşı ölkədə minimum əmək haqqının 750 avro olacağını vəd etdi. AB-ni narahat edən son vədi isə 320 mlrd avroya çatan ictimai borcların silinəcəyi idi. Hal-hazırda hakimiyyət Tsiprasın əlindədir. Lakin bu vədləri çökmüş bir iqtisadiyyatla necə həyata keçirəcəyi şübhə altındadır. Vədləri yunan xalqına təsir etdi, əgər fəaliyyəti də yunan xalqına təsir edərsə, Yunanıstan adına əfsanəvi bir işə imza atacaq.

Diqqət çəkmək istədiyim bir digər lider isə Pablo İglesiasdır. Yaxınlaşan seçkilər ərəfəsində vədləri və xalqa xitabı ilə indidən ispanların sevgisini qazanıb. Əlbəttə ki, seçkilər vaxtı bu vəziyyətin dəyişib-dəyişməyəcəyini deyə bilmərik. Ancaq İglesiasın “varlıdan alıb kasıba vermə” siyasəti xüsusən də seçki vədlərinə daxil olan varlılardan daha çox vergi alacağını deməsi ölkədən kapitalın çıxarılması təhlükəsini yaradır. Bütün bunlara baxmayaraq İglesias politologiya məzunu və intellektual bir gənc liderdir. Son anket nəticələrinə görə İqlesias xalqın böyük bir qisminin etimadını qazanıb. Tsipras nümunəsinin İspaniyaya da təsir edəcəyi çox böyük ehtimaldır.

Tarix boyu hakimiyyətin daha təcrübəli yaşlı nəslin nümayəndələrinə verilməsi nəzər çarpır. Hətta siyasi elmdə də Herontokartiya - qocaların hakimiyyəti termini də yaranıb. İnformasion cəmiyyətdə isə gənc nəslin nümayəndələrinin dinamik fəaliyyəti ilə baş verən siyasi proseslərə ayaq uydura bilmək bacarığı gənc liderləri yaşlılara nisbətdə bir addım irəliyə aparır. Ancaq gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsinin birləşdiyi bir zamanda güclü bir hakimiyyətin qurulacağı da şübhəsizdir.

Şərhlər : 1 Şərh yaz
test 30 may 2015 05:32  

Test

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Başqa yazarlar