Bakıda sərnişin avtobusu qatarla toqquşdu

5-11-2013, 10:30
Oxunub: 766


30 saylı sərnişin avtobusu "Cavanşir körpüsü"nün yanında yük qatarının gəlməsini gözləməyərək yola çıxıb

Bu gün saat 06:14 radələrində Bakının Xətai rayonu, Cavanşir (Qaqarin) körpüsünün yanında sərnişin avtobusu qatarla toqquşub. Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 30 saylı sərnişin avtobusu yük qatarının gəlməsii gözləməyərək yola çıxıb. Nəticədə ağır qəza baş verib.
 
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb. Onların 4-ü xəstəxanaya yerləşdirilib. Bir nəfərin isə xəsarəti yüngül olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
 
Qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti