“Neftçi”nin 7 azarkeşini polis saxladı

2-11-2013, 20:21
Oxunub: 1093


Bu gün Azərbaycan kuboku uğrunda "Neftçi” PFK və "Xəzər Lənkəran” klubları arasında qarşılaşma keçirilir

Bu gün 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan kuboku uğrunda "Neftçi” PFK və "Xəzər Lənkəran” klubları arasında qarşılaşma keçirilir. ANS PRESS-in stadionda olan müxbirinin verdiyi məlumata görə, oyun yüksək təhlükəsizlik tədbirləri şəraitində keçirilir.
"Neftçi"nin 7 azarkeşi fişəng yandırdığı üçün saxlanılıb. 

Stadiondan kənarda yüzlərlə "Xəzər Lənkəran" klubunun azarkeşinin toplaşdığı bildirilir. 

Xatırladaq ki, AFFA İntizam Komitəsinin qərarına əsasən "Neftçi” və "Xəzər Lənkəran” klubları arasında keçirilən oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub. Qərara uyğun olaraq Topaz Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Neftçi”-"Xəzər Lənkəran” oyununun biletləri yalnız meydan sahibi komandanın azarkeşləri üçün satışa çıxarılıb və biletlərin hamısı onlar tərəfindən alınıb.
musavat.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti