İranlı nazir hesabat verəcək

2-11-2013, 18:40
Oxunub: 664


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə parlamentində hesabat verəcək.

APA-nın "Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin deputatı Cavad Kərimi Qüddusi bildirib.

Onun sözlərinə görə, M. Zərif noyabrın 10-da İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasında millət vəkillərinin suallarını cavablandıracaq: "Zərifə daha çox İranla "altılıq” ölkələri arasında Cenevrədə keçirilmiş nüvə müzakirələri və İran prezidenti Həsən Ruhaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Nyu-York səfəri çərçivəsində yaşanan proseslərlə bağlı suallar ünvanlanacaq”.

C. Qüddusi deyib ki, bəzi suallar ABŞ prezidenti Barak Obamanın iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı və Holokostla bağlı olacaq: "Eyni zamanda M. Zərifdən son günlərdə İranın uranın zənginləşdirilməsini dayandırılmasını qəbul etdiyi ilə bağlı yayılan fərziyyələr soruşulacaq”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti