Müdafiə Nazirliyində daha bir kadr dəyişikliyi

25-10-2013, 19:19
Oxunub: 1434


Azərbaycan Müdafiə Nazirliyinin Katibliyinin rəisi nazirlikdə aparılan kadr islahatları nəticəsində vəzifəsindən azad olunub.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin əmri ilə polkovnik Samir Musayev tutduğu vəzifədən azad edilib.
 
Onun Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs rəisi təyin olunduğu bildirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti