Tələbələr rektora qarşı aksiya keçirəcək

24-10-2013, 10:21
Oxunub: 2758


Pedoqoji universitetdə təhsil alan tələbələrin "Axar.az"a verdiyi məlumata görə, universitetin rektoru Yusif Məmmədov öz vədini yerinə yetirməkdən imtina edir.

Universitet rektorunun tələbələrlə görüşü də heç bir nəticə verməyib. Elə buna görə də, bu gün tələbələr universitetin həyətində yox, Sahil bağında daha izdihamlı aksiya keçirməyi qərara alıb. Amma bu məlumatdan xəbər tutan fakultə dekanları qrupları gəzərək tələbələri imtahanların yazılı deyil, testlə olacağını inandırmağa çalışıblar. Tələbələr isə universitet rəhbərliyinin bu cəhdini aksiyanın qarşısını almaq üçün növbəti hiyləsi hesab edirlər.

Xatırladaq ki, oktyabrın 21-də ADPU-da tələbələrin etiraz aksiyası baş tutub. Onlar semestr imtahanlarının test üsulundan yazılı imtahana keçirilməsindən narazılıq ediblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti