Vasif Talıbovdan qeyri-adi qadağa

23-10-2013, 18:10
Oxunub: 2017


Naxçıvanda uzun saçlı və saqqallı tələbələr dərsə buraxılmır.


 

Bir balaca saçı olan oğlan tələbələri dərsə buraxmırlar. Təhsil də sıfırdı və bu rejimə görə tələbələr üniversitetdən çıxırlar.

Etatist.com-un məlumatına görə, bu barədə Qaynar.info-ya Naxçıvan Özəl Universitetinin tələbələri bildirib.

Tələbələr yazıblar: "Bu gün hər kəsə saça görə qaib yazıblar. Bir balaca saçı olanı dərsə buraxmırlar. Təhsil də sıfırdı və bu rejimə görə tələbələr universitetdən çıxırlar. Bizim də burada əlimiz, qolumuz bağlıdır, bir şey edə bilmirik. Buradakı vəziyyəti dəyişmək üçün dəstəyə ehtiyacımız var. Bunu yetərincə ictimailəşdirmək lazımdır. Kömək edin. Hər şey öz əlimizdə olmasa da, bir olaq, bir şey edək”. 

Sayt məsələ ilə bağlı Naxçıvan Özəl Universiteti ilə əlaqə saxlayıb. Özünü Universitetin rektorunun köməkçisi kimi təqdim edən Vüqar Ələkbərov faktı təsdiqləyib: "Bəli, biz tələbələrin saçının çox olmasına, üzlərinin tüklü olmasına nəzər yetiririk. Biz tələbələrə bununla bağlı xəbərdarlıq eləmişik. Bu xəbərdarlığa bəzi tələbələr əməl edir, bəziləri isə əməl etmir. Elə tələbələr var ki, saçları uzun olur. Tələbə dərsə girirsə, heç olmasa onun saçı qaydasında olmalıdır.”

Daha sonra Universitetin prorektoru İbrahim Kazımbəyli sayta zəng edərək bildirib ki, bu informasiya yanlışdır: "Biz saçı uzun yox, saqqallı tələbələrlə görüşüb danışırıq və təbliğat aparırıq ki, universitetə bu şəkildə gəlmək düzgün deyil, səliqəli olsunlar”.

Şərhlər : 2 Şərh yaz
Vətən sevdalısı 23 oktyabr 2013 23:57  
V.T. nə eləsə haqlıdır!Axı o, filankəsin bəslədi ...dır.
Yekəsi Gülüm olanın başına külüm olar.
ARİF 24 oktyabr 2013 18:25  
VASİF TALIBOV NƏ EDİRSƏ DÜZ EDİR.O, TƏRBİYƏLİ İNSANDIR. ONUN ÖZÜ SƏLİQƏLİ GEYİNİR, ÜZÜ DƏ HƏMİŞƏ TƏMİZ OLUR.ONDAN NÜMUNƏ GÖTÜRMƏK LAZIMDIR.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti