Azərbaycan Rusiyadan özüyeriyən toplar alır

22-10-2013, 16:41
Oxunub: 1572


Topların ilk partiyası yaxın vaxtlarda Azərbaycana təhvil veriləcək.


 

Rusiya Azərbaycanla 2S31 «Vena» özüyeriyən topların alğı-satqısına dair müqaviləni 2014-cü ilin sonuna qədər tam şəkildə həyata keçirəcək. Yaxın vaxtlarda «Kurqanmaşzavod» müəssisəsi tərəfindən istehsal olunmuş özüyeriyən topların ilk partiyası Azərbaycana təhvil veriləcək.
 
Qeyd edək ki, Azərbaycan və Rusiya arasında 2012-ci ildə imzalanmış müqavilə çərçivəsində 18 ədəd «Vena» özüyeriyən artilleriya qurğusu alınması nəzərdə tutulub. BMP-3 döyüş maşınlarının şassisi üzərində hazırlanmış «Vena» sistemi 120 mm çaplı topa malikdir.
 
Xatırladaq ki, bu ilin sentyabr ayında Azərbaycanın sifariş verdiyi «Vena»ların istehsalına başlanıldığını əks etdirən fotolar yayılıb./apa
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti