KTMT sülhməramlıları Qarabağa yeridilə bilərmi?

21-10-2013, 19:12
Oxunub: 905


"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qarşısında öz sülhməramlı qüvvələrini Dağlıq Qarabağ və ya Dnestryanı münaqişə zonalarına yeritmək vəzifəsi heç vaxt qoyulmayıb”.

Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu KTMT baş katibi Nikolay Bordyuja deyib. O bildirib ki, KTMT sülhməramlılarının hansısa qaynar nöqtəyə və ya "dondurulmuş” münaqişənin olduğu əraziyə yeridilməsi vəzifəsi onların qarşısında heç vaxt qoyulmayıb.

N. Bordyuja qeyd edib ki, KTMT sülhməramlı qüvvələri bir neçə il əvvəl yaradılıb və hazırda birgə döyüş hazırlığı dövrünü keçirir: "Dnestryanı ərazidə artıq Rusiya sülhməramlıları var və onlar kifayət qədər uğurla öz vəzifələrini yerinə yetirirlər. Qarabağa gəldikdə isə, orada xüsusi status var və qərarların qəbulu yalnız iki dövlətin razılığı ilə mümkündür”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti