ADPU tələbələri aksiya keçirib - Fotolar

21-10-2013, 18:30
Oxunub: 4533


Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyətində tələbələr etiraz aksiyası keçiriblər.
 
Musavat.com-un hadisə yerində olan əməkdaşı Məhəmməd Türkmənin verdiyi məlumata görə, tələbələrin aksiyasının səbəbi yazılı imtahanlardır. Bundan əvvəl tələbələr testlə imtahan versələr də, indi universitet rəhbərliyi imtahanların yazılı olacağını bildirib. Tələbələr isə bir neçə dəfə bununla bağlı narazılıq ediblər. Dekanlardan biri tələbələrlə danışıqlar aparıb.

ADPU-nun tədris işləri üzrə prorektoru Malik Cəbrayılov APA-ya açıqlamasında deyib ki, rektor Yusif Məmmədov akt zalında tələbləri şikayətlərini dinləmək üçün gözləsə də, aksiyaçıların yalnız bir qismi onunla görüşə gedib, böyük əksəriyyət isə aksiyanı davam etdirib. 

 Rektor aksiyaçıların tələblərini dinləmək üçün onların qarşısına çıxıb. Tələbələrin qarşısında çıxış edən rektor Yusif Məmmədov hazırda imtahanın hansı formada keçirilməsi ilə bağlı qərar olmadığını deyib. Bununla bağlı qərarın Təhsil Nazirliyi tərəfindən veriləcəyini deyən rektor əlavə edib ki, sabahdan başlayaraq tələbələrlə görüşlər keçiriləcək və bununla əlaqədar məsləhətləşmə aparılacaq: "Məqsədimiz odur ki, imtahanlar şəffaf keçirilsin”.

 Bundan sonra aksiya yekunlaşıb.

ADPU tələbələri aksiya keçirib - Fotolar
ADPU tələbələri aksiya keçirib - Fotolar
ADPU tələbələri aksiya keçirib - Fotolar
ADPU tələbələri aksiya keçirib - Fotolar
ADPU tələbələri aksiya keçirib - Fotolar

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti