Gənclər Qarabağ qazisinin azadlığın tələb etdi

24-12-2012, 22:42
Oxunub: 1598


 Bütöv Azərbaycan Gənclər Təşkilatı (BAGT) Qarabağ qazisi Oruc Məmmədovun azad olunmasın tələb edir.

 

Etatist.com-a göndərilən açıqlamada BAGT-nin sədri Elvin Camalov bildirir ki: "Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən, Xocalı Soyqrımı zamanı mülki insanları və yaralı hərbiçilərimizi Xocalıdan çıxartmaqda Oruc bəy böyük fədakarlıq göstərib. Bu gün Oruc Məmmədovun əsassız ittihamla 8 il 6 ay həbs verilməsi Qarabağ qazisinə qarşı atılan hörmətsiz bir addımdır. Biz Azərbaycan hakimiyyətindən tələb edirik ki, tez bir zamanda Oruc Məmmədov azad olunsun. Oruc Məmmədov kimi qəhrəman oğullarımızın həbsdə yatması, Azərbaycan üçün utanc verici bir məsələdir. Biz Oruc Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinə Oruc bəyin, azad olması yöndə atdığı bütün addımlara dəstək verməyə hazırıq. Bütün ictimai-siyasi təskilatlardan xahiş və tələb edirik ki, bu yöndə aktiv fəaliyyət göstərsinlər"

Şərhlər : 1 Şərh yaz
Tural İsabəyli 24 dekabr 2012 23:30  
Torpaqlarımızın azadlığı uğrunda savaşan, bu yolda canından keçməyi gözə alan insanlara bu ölkədə hörmət etmirlər, problemləri ilə maraqlanmırlar. Onlar səngərlərdə üşüməsəydilər, indi dövlət məmurları isti otaqlarda olmazdılar. Bu günümüzdə ölkəmizin içacıdan problemidir.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti