Rəsulzadənin nəvəsi İlham Əliyevə müraciət etdi

18-10-2013, 10:26
Oxunub: 970


Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidenti Rəis Rəsulzadə "Azadlıq” radiosu vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. 

Onun fikrincə, 1937-ci ilin repressiya qurbanları barədə əlavə sərəncam verilməsinə ehtiyac var. Rəis Rəsulzadə sayı onsuz da az qalan repressiya qurbanları üçün imtiyazların verilməsini istəyir. Onun dediyinə görə, müharibə veteranları kimi repressiya qurbanları da həkim müalicəsində, kommunal xərclərin ödənməsində, ictimai nəqliyyatdan istifadə edərkən və dərman alarkən güzəştlərdən yararlanmalıdırlar.

Assosiasiya 1991-ci il aprelin 20-də ümumittifaq assosiasiyasının tərkib hissəsi kimi yaradılıb. Assosiasiyanın ilk prezidenti Əşrəf Mehdiyev olub.

Rəis Rəsulzadə bu assosiasiyaya 2009-cu ildən - Əşrəf Mehdiyevin vəfatından sonra rəhbərlik edir.

Rəis Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti