Medvedevdən Ukraynaya xəbərdarlıq

16-10-2013, 10:33
Oxunub: 7193


"Avropa Birliyi ilə assosiasiya sazişinin bağlanacağı təqdirdə Ukraynanın Gömrük İttifaqına üzv olmaq şansları sıfıra bərabərdir."

Etatist.com-un APA-ya istinadən verdiyi xəərə görə, bu barədə Rusiyanın baş naziri Dmitriy Medvedev iqtisadi əməkdaşlıq məsələlərinə dair Ukrayna-Rusiya dövlətlərarası komissiyasının 10-cu iclasının yekunları ilə bağlı ukraynalı həmkarı Nikolay Azarovla keçirdiyi birgə mətbuat konfransında bəyan edib. 

Rusiyanın baş naziri qeyd edib ki, Ukraynanın AB ilə assosiativ üzvlük haqqında saziş bağlamaq qərarının səbəbləri ona məlum deyil: "Mən bilmirəm, bu Ukraynanın qərarıdır, mən burada heç bir fayda görmürəm. Yəqin ki, bu bizim ukraynalı tərəfdaşlarımıza daha çox bəllidir, baxarıq”, deyə Medvedev bildirib. 

"Yalnız bunu deyə bilərəm ki, bu bizim açıq, çox aydın və səmimi mövqemizdir - AB ilə assosiativ üzvlük haqqında saziş bağlanıldıqdan sonra Gömrük İttifaqına üzv olmaq Ukraynaya çox çətin olacaq. Amma o bunu istəsə, onun Gömrük İttifaqına tamhüquqlu üzv olmaq şansları, demək olar ki, sıfıra bərabər olacaq”, deyə Medvedev bəyan edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti