"İnsanlar səs rejissorunu sehirbazla səhv salırlar"

24-12-2012, 18:14
Oxunub: 1254


Musiqisiz həyat olmaz deyən insanlar yanılmır. Çünki musiqi həqiqətəndə həyatın önəmli bir parçasıdır. Biz hamımız musiqi ilə yaşayırıq. Amma elə insanlar da varki bu söz elə hərfi mənası ilə tam olaraq onlara aiddir. Odur ki, "Tanımalı olduğumuz gənclər" rubrikasının bugünki qonağı, gənc səs rejisoru Şahin Tayfundur.

 

- İlk öncə özünü təqdim et
- Mən Şahin Tayfun. Səs rejisoruyam və eyni zamanda beatmakerəm. Artıq 3 ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərirəm. Bundan əlavə də ondan əvvəl replə məşğul olmuşam. Belə götürsək səs rejisorluğuna həvəs də elə repdən yarandı.
- Nəyə görə Tayfun?
- Repə yeni başladığım vaxtlarda ləqəbim başqa idi. Amma sonra ləqəb seçimimin uğursuz olduğunu gördüm və yeni ad axtarışına çıxdım. Sonda dostlarımla da məsləhətləşəndən sonra bu adı seçdim. Sonra nəyinki repdə həmdə ümumi həyatda adımın bir parçası oldu. Elə səs rejisoru kimi tanıyanların çoxu məni bu adla tanıyır.
- Bəs sonra nəyə görə repi davam etdirmədin?
- Bəzi şəxsi səbəblərdə oldu, həmdə ki, daha çox bu iş üzrə işləmək istədim. Yəni replə məşğul olduğum vaxtlarda səs rejisorluğu ilə tanış oldum və bu işə məndə böyük maraq yarandı. Özüm əvvəllərdə musiqi ilə məşğul olduğumdan, musiqiyə yaxın idim və mənim üçün musiqinin hazırlanması çox maraqlı idi.
- Mənə maraqlıdır ki, repə necə gəldin? İlk dəfə səndə repə maraq necə yarandı?
- Əvvəllər şeir filan yazırdım. Bir sözlə yazmağa öncədən də marağım və həvəsim var idi. Amma bu yazdığım sözləri beatlərin üstünə oturtmağı, sözləri musiqi halına gətirməyi bacarmırdım. Sonra bunları öryənəndə mənə daha çox maraqlı gəldi. Düzdü çətin idi, amma uşaqlarla atışaraq, pul yığaraq studiyaya gedib mahnılar yazdırırdıq. Demək istəyibdə deyə bilmədiyimiz bəzi şeyləri rep vasitəsi ilə deyirdik. Cəmiyyətdən daha fərqli, etiraz etməyi və mübarizə aparmağı bacaranlardan biri olmağın elə özü insanda həvəs və maraq yaradırdı. Bir qrupumuz var idi. Daha doğrusu bu bir klan idi, rep klan. "Darkness Clan" adlanırdı və məndə orda fəaliyyət göstərirdim. Mən ilk öncə o qrupda yox idim sonra o uşaqlardan ikisi uzaqlaşdı və mən daxil oldum. Daha sonra bu klan dağıldı, hər kəs solo fəaliyyətə başladı, mən isə davam etmədim.
- Səs rejisorluğu repdən üstün idiki, sən repi yox səs rejisorluğunu seçdin?
- Birinci səs rejisorluğunu nəyə görə öryəndiyimi deyim. Bu ona görə idi ki, mənim öz səsim öz əlimdə olacaqdı. Yəni, heç kimə demirdimki səsimi belə düzəlt. Öz səsimi və qrup üzvlərinin səslərini istədiyim kimi özüm düzəldirdim. Bilirsiz başqa bir səs rejisoru nə qədər güclü və təcrübəli olsa da, sənin tam istədiyini vermək çətin məsələdir. Çünki o sən deyil. Amma özünün əlində olanda beynində necə fikirləşmisənsə elə də düzəltmək imkanın olur. Bu da məndə bu işə maraq yaradırdı.
- Səncə replə başlayıb, elə repin vasitəsi ilə bu işi tanıyıb, sonra repdən uzaqlaşaraq səs rejisorluğuna keçməyin repə haqqsızlıq deyilmi?
- Haqqsızlıq deməyək. Çünki, hərdən hələ də köhnə qrupun üzvləri ilə bir track hazırlayırıq, bir iş görürük. Yəni, repdən tam uzaqlaşmışam da deyə bilmərəm. Amma artıq repə əvvəl olduğu qədər həvəs qalmayıb. Nə qədər yazsamda əvvəlki kimi deyil artıq. İndi daha çox işə meyl edirəm.

- Bu pulla bağlı deyilki? Yəni, pulu sənətdən üstün tutmaq adlandıra bilərikmi bunu?
- Yox bunu pulla bağlama düzgün deyil. Hər kəsin maddi tələbləri də var, mənəvi tələbləri də var. Bəli pul qazanmaq lazımdı, amma bu o demək deyilki, mən repdən pula görə uzaqlaşdım. Çünki səs rejisorluğu yalnız pula görə seçdiyim bir iş deyil. Mən bu işi sevirəm və bu iş üzrə işləmək mənə zövq verir. Həmdə mənimlə birgə işləyən və yanımda olan dostlarımda bilirki, mən bu sənətdə çox pul itirmişəm. Hətta indiyə kimi qazandığımdan daha çox itirmişəm desəm yalan olmaz. Bir müddət bu işdən heç pul götürə bilmirdim. Demək olar ki, heç günlük xərclərimi çıxara bilmirdim. Ona görə də yənə deyirəm ki, bunu pulla bağlamaq olmaz.
- Ən çox kimi dinləyirdin? Yəni hansı reperə qulaq asdın və səndə repə maraq daha da artdı?
- Ən çox Sagopa Kajmeri dinləyirdim və həqiqətəndə onun mahnılarına qulaq asanda daha da həvəslənirdim. Onu da qeyd edimki aşırı dərəcədə Sagopaya qulaq asan insan pessimist replər yazmağa başlayır. Məndə də belə hal olmuşdu. Amma indi yenə də Sagopaya qulaq asıram amma pessimist replər yazmıram.
- Elə biri musiqin varmı ki, digərlərindən daha çox yaxın gəlsin sənə?
- Düzdür hamısı mənə doğmadır, hamısı əzizdir çünki hamısı mənə aiddir. Amma "Sən təksən” adlı bir track`im var o mənə digərlərindən daha çox yaxın və doğmadır.
- İstəyərdim biraz səs rejisorluğuna necə gəldiyindən danışasan.
- Əvvəlcədəndə həvəs var idi. Əvvəlcədən də bu işi bacarırdım. Bayaq dediyim kimi, bir studiya açmışdıq sonra maddi problemlərə görə onu işlətmək mümkün olmadı. Sonra VM Productionda işləməyə başladım və orda bugün mənim bu işdə profesional olmağımda mənə həddindən çox kömək edən bir insanla, Ruhin İsmayılovla tanış oldum. Həqiqətəndə mənim bu işdə təkmilləşməyimdə o insanın çox böyük əməyi var. Hal-hazırda da mən onunla birgə işləyirəm.

 

"İnsanlar səs rejissorunu sehirbazla səhv salırlar"

- Sən səs rejisorusan. İşin musiqi ilə bağlıdır yəni birbaşa musiqinin hazırlamasında iştirak edirsən. Hansı mahnılar üstündə işləmək sənə zövq verir, hansıları bezdirir?

- Əslində, əgər işimiz budursa bundan bezməməliyik. Çünki ən azından hər kəs bir yol seçəndə qarşıda onun nəyi gözlədiyini bilir. Biz hər kəsə yüksək keyfiyyətli iş təqdim etməliyik. Ən çox zövq verən işlər, yəni lap çox maraqla işlədiyim mahnılar əsasən rep olur. Bu bəlkə də əvvəllər özümün replə məşğul olması ilə bağlıdır. Amma mən bundan həzz alıram. Bezdirmək məsələsinə gəldikdə isə, mahnı deməzdim sadəcə hər hansı bir musiqi növünü bacarmaya-bacarmaya studiyaya gələn hər insanın işi insanı yorur. Çünki bu insan bacarmır, heç nə edə bilmir amma səndən əla nəticə gözləyir. Hərdən mənə elə gəlir ki, insanlar səs rejisorlarını sehirbaz ilə səhv salırlar.
- Səs rejisorluğu fəaliyyətində ən çox bəyəndiyin işin hansı olub?
- Ən çox yenədə replərdəndir. Cekanın Xoşbəxt ol trackidir.
- Gələcək işlər, proyektlər haqqında nə deyə bilərsən?
- Gələcək proyektlər haqqında bircə onu deyə bilərəm ki, gələcəkdə yaxşı işlər gözlənilir. Yəni gözləyin çox güclü proyektlər var. Öncədən çox şey danışmaq istəmirəm amma hal-hazırda üstündə işlədiyimiz proyektlər var.
- Yanına gəlib mahnı yazdıran yeni gənc, yeni reperlərə bir köhnə reper kimi köməklik edirsənmi? Yəni məsləhətlər verirsənmi?
- Təbii ki... Ümumiyyətlə onları görəndə retro hisslər yaşayıram. Özüm yadıma düşürəm. Qarşıma qoyulan əngəllərə baxmayaraq inada replə məşğul olmağımı, yeni mahnılar yazarkən necə sevindiyimi xatırlayıram. Məsləhətlərimi görürəm, mahnıların yazılışında kömək edirəm. Amma təbiiki bunlar həqiqətəndə işi bacaranlara aiddir. Bacarmayan insanlar gələndə sadəcə bu sənətin belə insanların əlində qalmasına təəssüflənirəm.
- İstəyərdim ki, həm bir reper həmdə səs rejisoru kimi bu suala cavab verəsən. Reper ya da səs rejisoru olan biri əgər qarşısına çıxan ilk mane ilə geri çəkilməyi düşünsə ona nə məsləhət verərdin?
- Əgər onun həqiqətən də bu işə ehtiyacı varsa o bunu bacarar. Qarşısına çıxan heç bir sədd onu yolundan döndərməməlidir. Replə məşğul olanda da məndə olub. Məsələn evdən təzyiqlər olub, maddi dəstək olmadığına görə problemlər yaşamışam. Sonralar artıq mənim bu işdən əl çəkməyəcəyimi görəndə ailəm razılaşdı. Elə səs rejisorluğu fəaliyyətimin ilk vaxtlarında da evdən basqılar olurdu. Amma elə bunda da eyni şey oldu.
-  İstərdim ki, "Tanımalı olduğumuz gənclər" rubrikasının qonağı olaraq müsahibənin sonunu sən bitirəsəsən nə demək istəyirsə buyur.
- Son sözüm, sizə uğur arzu edirəm, işlərinizdə müvəffəqiyətlər qazanmağınızı diləyirəm. Bir də demək istəyirəm ki, heç vaxt heç kim öz hədəfindən, məqsədindən dönməməlidir. Döndüsə o birdə hədəf yarada bilməz. Yaratsa da, ona çatmaz. Çünki, o, artıq geri dönməyə vərdiş etmiş insandır.


"İnsanlar səs rejissorunu sehirbazla səhv salırlar"


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti