Allahşükür Paşazadə təbrik etdi

15-10-2013, 10:42
Oxunub: 1036


Bu gün Qurban bayramıdır.

Etatist.com
xəbər verir ki, bayram münasibətilə Allahşükür Paşazadə müsəlmanları təbrik edib. Təbrikdə deyilir:

"Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını diləyirəm.

İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha--Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı 2 gün bayram etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə həm müqqədəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.

Azərbaycan dövlətinin həyatında mühüm hadisə - Prezident seçkiləri dönəmində müqəddəs Həcc ziyarətində olan zəvvarların öz seçki hüquqlarını məhz mübarək məkanda həyata keçirmələri Allahın dövlətimizə və onun rəhbərinə olan Lütfü və Mərhəmətidir. Bu, Azərbaycan xalqının mübarək bayram əhval-ruhiyyəsini, daha gözəl sabahlara inamını artıran gözəl məqamlardır.

Bu münəvvər gündə Şeyxülislam olaraq bütün dualarım Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır. Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik.

Valideyinlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəziz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.

Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin! Amin"!

Qeyd edək ki, Qurban bayramının namazı 16 oktyabr saat 09:00-da "Təzə Pir" məscidində qılınacaq.
Şərhlər : 2 Şərh yaz
Dindar 15 oktyabr 2013 11:02  
Hər bir yeni gələn prezidentə yarınan siyasətçi, baş molla sən nə vaxt əmmaməni götürüb bu müqəddəs olan yeri tərk edib biznesinlə məşğul olacaqsan.Xalqın artıq səbr kasası dolub, insafın olsun, icazə ver biz də həqiqi dini elmlərlə, həqiqi üləmaların kəlamlarına qulaq asaq, bir şey öyrənək. Siyasətçilərimiz kifayət qədərdir, bizə həqiqi Allah kəlamlarını xalqa çatdıramn lazımdır, bizə müqəddəs yerimiz olan Kəbədə siyasət aparan molla lazım deyil.
HUSEYN 15 oktyabr 2013 16:56  
BU GURBAN BAYRAMI SENE GENIM OLSUN AMIN
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti