Azərbaycan Afrikaya qaz verəcək

24-12-2012, 15:02
Oxunub: 1139


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Böyük Britaniyanın "Gasol” şirkəti ilə birgə layihə çərçivəsində Benin, Qana və Toqoya maye qaz ixrac edəcək.

APA-nın "International Oil Daily”yə istinadən xəbərinə görə, artıq bununla bağlı "SOCAR Trading” və "Gasol” arasında müqavilə imzalanıb.


Azərbaycan tərəfi maye qazı Afrikaya – Beninin Kotonu limanına ozünün ixtisaslaşmış gəmiləri və üzən anbarları vasitəsilə çatdırmağı öhdəsinə götürür. Buradan isə qaz Benin, Qana və Toqodakı sənaye və energetika müəssisələrinə göndəriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti