Azərbaycanda prokurorluq işçisi həbs edilib

7-10-2013, 14:51
Oxunub: 2261


Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşı həbs edilib.

APA-nın məlumatına görə, tutulan prokurorluq işçisi bir neçə gün əvvəl baş prokuror Zakir Qaralovun əmri ilə işdən qovulan Vüsal Müslümovdur.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin vəkili APA-ya V. Müslümovun həbs edilməsi faktını təsdiqləyərək onun həbsindən apellyasiya şikayəti verdiklərini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl V. Müslümov və daha iki prokurorluq işçisi işdən qovulub. Bu barədə baş prokuror Zakir Qaralov əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşı V. Müslümov, Bakı şəhər Prokurorluğunun əməkdaşları Valeh Vəliyev və Çingiz Hacıyev işdə yol verdikləri kobud qanun pozuntularına görə prokurorluq orqanlarından xaric ediliblər.
Şərhlər : 1 Şərh yaz
akif 9 yanvar 2014 11:17  
Cox,maraqli ve nadir hadise bash verib . Ay bedbextler sizden yuksek vezife sahibleri rushvet alib ki sizde alasiniz.Sen bilmirsenki bizim memurlarin coxu sosial yardim alir.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti