İsrailin baş nazirindən şok etiraf

5-10-2013, 15:12
Oxunub: 1401


İsrailin baş naziri Benyamin Netanyahu İran prezidenti Həsən Ruhani ilə telefonla danışmağa hazır olduğunu bildirib.

 

Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, B.Netanyahu diplomatik əlaqələrin yalnız İranın nüvə proqramından imtina etməsi şərti ilə mümkün ola biləcəyini deyib.

 

İsrailin baş naziri həmçinin H.Ruhani ilə görüşmək üçün təklif gələrsə, bunu düşünəcəyini vurğulayıb. Ancaq B.Netanyahu İran prezidentinin ölkəsində hansısa dəyişikliklər yaradacağı ilə bağlı gözləntilərə qarşı çıxıb: "Ruhaninin İranın ali dini lideri, ayətullah Əli Xamneyi tərəfindən alınan həqiqi qərarları dəyişdirəcək səlahiyyəti olduğunu düşünmürəm. Ayətullah Xamneyi İranın nüvə silahına sahib olmasını istəyir”. 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti