Obamanı stabil olmağa çağırdılar

2-10-2013, 12:07
Oxunub: 523


İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Barak Obamaya cavab verib.

 

Etatist.com-un ANSpress-ə istinadən verdiyi xəbərə görə, İran rəsmisi ABŞ prezidentini öz mövqeyində stabil olmağa səsləyib. 


Qeyd edək ki, ABŞ prezidenti İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşundə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün "bütün seçimlər, o cümlədən hərbi seçimlər" masa üzərində olduğunu deyib. 

Bu açıqlamaya reaksiya verən Zərif öz Twitter səhifəsində yazıb: "ABŞ prezidenti (öz mövqelərində) qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi üçün stabil olmalıdır. Ziqzaq hərəkətləri qarşılıqlı etimadı məhv edir və ABŞ-ın etibarına zərbə vurur".

İran xarici işlər naziri başqa bir müraciətdə yazıb: İranın, qeyri-qanuni sanksiyalar və təhdidlər vasitəsi ilə müzakirə etməsi ilə bağlı prezident Obamanın təsəvvürü bir xalqa hörmətsizlik, təkəbbürlü və yanlış davranışdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti