Mikayıl Cabbarov əmr etdi

1-10-2013, 13:04
Oxunub: 4260


Təhsil naziri Mikayıl Cabbarov "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, "Təhsil haqqında” qanun qəbul edildikdən sonra onun tətbiqi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib, o cümlədən Nazirlər Kabinetinin "Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsi” təsdiq olunub. Bununla belə, uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, xarici ölkələrdə təhsil almış uşaqların Azərbaycan Respublikasının məktəblərində təhsilə cəlbi, habelə ailəsi ilə birlikdə ölkədən kənara gedən şagirdlərin təhsil aldıqları məktəblərdən xaric edilməsi üzrə münasibətləri tənzimləyən Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş "Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar”dakı bəzi qeyri-müəyyənliklər göstərilən məsələləri tam və obyektiv əhatə etmir.

Qeyd olunanlarla əlaqədar uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi sahəsində daha təkmil qaydaların tətbiq olunmasını təmin etmək məqsədi ilə "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə imzalanan əmrə əsasən, Təhsil Nazirliyinin "Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar”ı qüvvədən düşmüş hesab edilib. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Əmrə əsasən təsdiq edilən Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarında şagirdlərin məktəblərə qəbulu, şagirdlərin yerdəyişməsi və şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan məktəblərinə yerdəyişməsi məsələləri əksini tapıb.
Şərhlər : 3 Şərh yaz
ARFİ 19 oktyabr 2013 10:51  
CƏNAB NAZİR DƏRS VAXTI, DƏRSDƏN SONRA KÜÇƏ- BACA REPİTİTOR YANINA GEDƏN ORTA MƏKTƏB ŞAGİRDLƏRİ İLƏ DOLU OLUR. OMLAR SABAHKİ DƏRSLƏRİNİ NECƏ HAZIRLAYIRLAR? BU MARAQLIDIR.VƏZİYYƏT GET-GEDƏ ÇƏTİNLƏŞİR. BUNUN QARŞISINI ALMAQ BARƏDƏ DÜŞÜNÜRSÜNÜZMÜ.
Necefov Ilyas 11 noyabr 2013 15:47  
Cenab Nazir men Necefov Ilyas ali tehsiliyem ve 1972 ci ilden orta mektebde fiziki terbiyenin tedris edirm.01.11.2013 tarixinde 65 yasimin tamam olmasi ile elaqedar islediyim Sirvan seher B.Aslanov adina 16 sayli mektebin direktoru C.Sireliyev gosterilen tarixden isden azad olduqumu ve menimle muqavile baqlamayacaqini bildirdi.xahi edirem direktorun 1 ci rubun sonunda imtahansiz olaraq 3 muellimi ise qebul edib menim 24 saat ders yukumu aralarinda bolusdurmesini arasdirasiniz.Islediyim muddet erzinde fiziki terbiye uzre kecirilen seher birinciliklerinde qalib gelerek mektebe diplom ve kuboklar getirmisem.
Kazımova Fatimə 21 aprel 2014 22:48  
(Bismilləh)Cənab nazir mən Kazımova Fatimə və mənim qardaşım Xətai rayon 29 nömrəli orta məktəbdə oxuyuruq.Mən 7-ci sinifdə qardaşım isə 5-ci sinifdə oxuyur.Biz hemofiliyalı əlil olduğumuz üçün ev təhsili alırıq.Bu gün televizorda sizin ehtiyacı ola uşaqlara kompyuter hədiyyə etdiyinizi gördük
və sizə müraciət etməyi qərara gəldik.Atam 2-ci qrup əlil olduğu üçün iş qabiliyətini itirib ona görədə kompyuter almağa imkanımız çatmır.Xahiş edirik təhsilimiz üçün istifadə etməyə bizədə kompyuter hədiyyə edəsiniz. Əvvəlcədən təşəkkür edirik.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti