Hindistanın baş naziri müraciət etdi

24-12-2012, 10:21
Oxunub: 803


Hindistanın Nyu-Dehli şəhərində, bazar etirazlarından sonra Hindistanın baş naziri Manmohan Singh,  təhlükəsizliyi artırmaq üçün mümkün olan hər şeyi edəcəyini vəd edərək, etirazçıları sakitçiliyi pozmamağa çağırıb. 
 
Bunu Etatist.com "Ria Novosti"yə istinadən xəbər verir. Toqquşmalar nəticəsində, 143 nəfərin xəsarət aldığı bildirilib. Xəsarət alanlardan, 78-in polis işçisidir. 
"Biz ölkəmizdə bütün qadınların müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istfadə edəcəyik. Etinadsız olmayan bütün vətəndaşları sülh və əmin-amanlığı təmin etməyə, çağırıram"- deyə Hindistanın baş naziri  Manmohan Singh öz çıxışıda bildirib.

Qeyd edək ki, etirazların səbəbi, bir həftə əvvəl altı sərxoş kişinin, Cavaharlar Neru universitetinin qız tələbəsini avtobusda zorlamasından sonra başlayıb. Zorlanmaya məruz qalmış qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Şənbə günü qızın ifadəsi alınandan sonra, cinayətkarların hamısı həbs olunub və faciənin baş verdiyi ərazidə xidmət aparan 5 polis işçisi, işdən uzaqlaşdırılıb. Hökümət hadisədən sonra, faciəni araşdırmaq məqsədi ilə xüsusi komisiya yaradılacağını bildirmişdir. Etirazçıların əsas tələbi, altı cinayətkarı ölüm cəzası ilə cəzalandırmaqla bir yerdə, ölkədə qadınlara qarşı zorlakılığın qarşısının alınmasıdır. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti