Pələnglərlə yaşayan "şir ürəkli" Braziliya ailəsi - Fotolar

27-09-2013, 08:52
Oxunub: 3981


Braziliyanın Parana ştatında yaşayan ailələrdən birinin çox orijinal ailə tərkibi var: ər, arvad, iki qız, nəvə və yeddi pələng.

Bu təəccüblü tarixin 2005-ci ildən başlayıb. Həmin vaxt Ari Borjes adlı şəxs yerli sirklərin birində vəhşicəsinə istismar olunan iki pələngi ölümdən xilas etmişdi. Heyvanları evinə gətirən Borjes,onlara qulluq etməyə başlayır. Pələnglərin yeni körpələri dünyaya gəlincə, ailə bir yerdə məsləhətləşərək, heyvanların evdə qalmasına razılıq verir. 

Borjesin uşaqları pələnglərlə oynayır, hovuzda onlarla birlikdə çimir və hətta onları əlləri ilə yedirdirlər. Yırtıcılar üçün tək məhdudiyyət odur ki, nahar zamanı qonaq otağına girmirlər, onları mətbəxdə yedirdirlər.

Borjes, heç vaxt pələnglərlə daimi əlaqədə olan övladlarının taleyindən narahat etmir. O, bildirir ki, heyvanlara hörmətlə yanaşmaq və onlara sevgi, nəvaziş göstərmək lazımdır. Bu zaman da daim sizinlə birlikdə olacaq.

Ailə başçısı, yaxın vaxtlarda pələnglərin yaşaması və artması üçün 40 hektar ərazidə xüsusi ekoloji parkın yaradılması ilə məşğul olacağını qeyd edir: "Mən bu parkın sahibi olmaq istəyirəm, çünki, bu heyvanların həyat keyfiyyətin yaxşılaşmasıyla məşğul olmaq istəyirəm. Səbəb isə odur ki, mən onlarda zəiflik əlaməti hiss edirəm./anspress

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti