Ruhanidən Qərbə yeni çağrış

23-09-2013, 12:38
Oxunub: 1021


"Tehranın uranı zənginləşdirmək hüququ tanınmalıdır”


İran prezidenti Həsən Ruhani növbəti dəfə Qərb ölkələrini İranın öz ərazisində uranı zənginləşdirmək hüququnu tanımağa çağırıb. Ruhani İran silahlı qüvvələrinin ənənəvi paradı zamanı çıxışında bu məsələyə toxunub.


"Qərb İran xalqının bütün hüquqlarını, xüsusən də, nüvə proqramını inkişaf etdirmək və beynəlxalq qaydalar çərçivəsində İran ərazisində uranı zənginləşdirmək hüququnu qəbul etməlidir.” - İran prezidenti belə deyib.

Daha əvvəl də Həsən Ruhani İranın qısa müddət ərzində öz nüvə proqramının dinc məqsəd daşıdığına təminat verə biləcəyini bəyan etmişdi, lakin bunun üçün İranın nüvə energetikasına, o cümlədən uranın zənginləşdirilməsinə olan hüququna hörmət edilməli olduğunu vurğulamışdı.
İranın nüvə proqramı BMT-nin Baş Assambleyasının 68-ci sessiyasında Həsən Ruhani ilə Fransa prezidenti Fransua Ollandın görüşündə də əsas müzakirə mövzusu olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti