İran geri addım atdı

19-09-2013, 11:02
Oxunub: 915


"Mənə İranın nüvə məsələsi ilə bağlı Qərblə razılığa gəlmək üçün tam səlahiyyət verilib”. 

Apa-nın "Radiofərda”ya istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani ABŞ-ın NBC telekanalına müsahibəsində deyib. H. Ruhani bildirib ki, İran nüvə silahına sahib olmaq niyyətində deyil.

H. Ruhani deyib ki, ABŞ prezidenti Barak Obamadan aldığı məktub müsbət və konstruktiv olub: "Bu il iyunun 14-də İranda keçirilmiş prezident seçkilərindən və rəsmi şəkildə vəzifəmi icra etməyə başlayandan sonra Obama mənə məktub yazaraq təbrik edib. ABŞ prezidenti məktubunda bəzi məsələlərə də toxunub. Mən də minnətdarlığımı bildirərək məktuba cavab verdim. B. Obama məktubunda bəzi şeyləri açıqlayıb, mən də İranın mövqeyinə uyğun olaraq bəzi şeyləri açıqlamışam”.

İran prezidenti vurğulayıb ki, bu gələcək üçün vacib xeyli kiçik addımlar ola bilər: "Mən inanıram ki, bütün ölkələrin rəhbərlərində milli maraqlar olmalıdır. Ancaq ekstremist qrupların təsiri ilə təzyiq olmamalıdır. Ümid edirəm ki, gələcəkdə belə bir pis şəraitin və atmosferin şahidi olmayaq”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti