ATƏT həmsədrinin biabırçılığı

16-09-2013, 11:50
Oxunub: 1036


Erməni mətbuatına görə, ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlik Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib.


Əgər erməni mətbuatı dəfələrlə etdiyi kimi bu dəfədə yalan danışmırsa, C.Uorlik guya ki, belə deyib: "Mən həqiqətən çox şadam ki, sizin gözəl ölkənizə səfər etmək imkanım oldu”.

ATƏT-in Minsk qrupunun cənab həmsədrinə xatırlatmaq istəyir ki, Dağlıq Qarabağ adlı bir ölkə yoxdur. Bu hətta silah gücü və beynəlxalq təşkilatların səmərəsiz işi ucbatından torpaqları işğal edən Ermənistanın özüdə daxil olmaqla dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan oyuncaq rejimdir./anspress
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti