Dünyanın ən çirkin heyvanı- Foto

14-09-2013, 09:45
Oxunub: 5329


Dünyanın ən çirkin heyvanı balıq seçilib.

Etatist.com
-un ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bu "damla balığı" adı ilə tanınan blobfish-dir. Axan bir jelatinə bənzəyən bu heyvan çirkin heyvanları mühafizə dərnəyinin siması olacaq.

Dərnək nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan, ancaq qorunmayan heyvanlara diqqət çəkmək üçün səsvermə keçirib. "Damla balığı" səsvermə nəticəsində 10 min səs toplayıb. 

Adıçəkilən balıqlar Avstraliyanın cənub şərqindəki adalarda və Tazmaniya ətrafında, okeanın 600 - 1200 metr dərinliklərində yaşayır.
Dünyanın ən çirkin heyvanı- Foto
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti