Faiq Ağayevin konsertinə gedəcək nazirin kimliyi bəlli oldu

21-12-2012, 17:49
Oxunub: 4162


 

Bugün keçirilən mətbuat konfransında ilginc açıqlamaraq verən xalq artisti Faiq Ağayev, dekabr ayının 27-30-da keçiriləcək konsertində iştirak edəcək nazirin adını açıqlayıb.


Xalq artisti Faiq Ağayev bugün keçirilən mətbuat konfransında dekabr ayının 27-30 tarixlərində keçirəcəyi konsert barədə məlumat verdikdən sonra, müğənni maraqlı açıqlamalar edib. Belə ki, jurnalistlərin "Dövlət və hökumət nümayəndələrinə dəvətnamə vermisinizmi?" sualına cavab verən xalq artisti, "Hamı bilir ki, dekabrın 29-u ad günümdür. Dostlarım 5 il həsrətdə qalmışdılar ki, həm telefonla, həm də dəyərli hədiyyələrlə məni təbrik edib, konsertimə də gəlsinlər. Bu dəfə isə özləri zəng edib söylədilər ki, biz bu il bilavasitə sizi Heydər Əliyev Sarayında təbrik edəcəyik.”

Bundan sonra Faiq Ağayev konsertinə gələcək nazirin adını açıqlayaraq anons edib: " Mənə edilən köməkliyə görə, Əbülfəs müəllimə telefonla danışaraq minnətdarlığımı bildirdim. O, dedi ki, özüm şəxsən konsertə gələcəyəm. Bu da təbii ki, mənim məsuliyyətimi artırır”.


Daha sonra "F.A Vida" adlı solo konsertindən danışan müğənni, konsertin idea müəllifi Anar Əsgərli, bədii rəhbərinin isə Yaşar baxış olduğunu dedi. "4 hissəli konsert proqramında 25 mahnı ifa edəcəyəm. Bunlardan 4-ü meqamiksdir".

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti