Ermənistan Rusiya ilə razılaşdı

3-09-2013, 23:09
Oxunub: 5021


Ermənistan Gömrük İttifaqına girəcək...


 

Ermənistan prezidenti Serj Sərkisyanın bugünkü Moskva səfəri və onun prezident Vladimir Putinlə görüşündən sonra iki ölkə başçısının birgə bəyanatı yayılıb. Bəyanatda Ermənistanın Gömrük İttifaqına girəcəyi, ardınca da Avrasiya İqtisadi İttifaqının formalaşmasında iştirak edəcəyi bildirilir.      

Etatist.com-un Musavat.com-a istinadən verdiyi xəbərə görə, Putin Sərkisyanın qərarını müdafiə edib və  bu yöndə Ermənistana lazımi dəstəyi verəcəyini bildirib.

Qeyd edək ki, Gömrük İttifaqı Putinin Avrasiya ideyası yolunda mühüm mərhələ sayılır. Beləliklə, gözlənilən doğruldu. Ermənistan Rusiya qarşısında geri verməli oldu.

Xatırladaq ki, İrəvan bu ilin noyabrında Avropa Birliyinin Vilnüsdə  keçiriləcək sammitində təşkilata assosiativ üzvlüklə  bağlı sənədi imzalamağa hazırlaşırdı. Avropa Birliyi rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, eyni zamanda Gömür İttifaqı ilə AB-yə assosiativ üzvlük mümkün deyil. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti